El ağsaqalları prezidentə təşəkkür məktubu ünvanladılar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Möhtərəm prezident!

Bu gün Siz Azərbaycan tarixinin ən görkəmli səhifəsini yazırsınız! Gələcək nəsillərə əmanət etmək üçün, dədələrimizin bizə əmanət qoyduğu ana torpağımızı, Qarabağımızı işğaldan azad etmək üçün bütün əzm və iradənizlə çalışırsıznız. Bunu bacarmaq üçün müdriklik və böyük iradə lazımdır ki, bu da Sizdə var!

Ümumi düşüncə istiqaməti hamıda eynidir: azərbaycançılıq və vətənpərvərlik. Vətənpərvərlik birinci növbədə insanın öz ölkəsinə olan sevgisidir ki, Siz bunu işinizlə, əməlinizlə göstərmisiz. Azərbaycançılıq ruhu isə bu hissdən başlanır. Hesab edirəm ki, Azərbaycanın sürətli inkişafında Siz öz mövqeyinizi və gücünüzü ortaya qoymaqla, qüdrətli Azərbaycan və bu ölkəni qorumaq üçün də rəşadətli, nizami bir ordu yarada bilmisiniz. O ordu ki, bu gün torpaqlarımızı işğaldan azad edir, doğma yurdlarımızda öz bayrağımız dalğalanır.

Möhtərəm prezident!

Bizim hər birimiz Vətənə xidmət etmək düşüncəsi ilə yaşamalıyıq. Bütün hallarda biz ağsaqqallar hansı dövrdən hara gəlib çıxdığımızı yaddaşda saxlamaqla gənclərə də xatırlatmalıyıq. Xatırladırıq da! Bugünkü zəfərlər, qələbələr isə Sizin adınızla tarixdə yaşayacaq, yaddaşlardan heç zaman siliməyəcək! Mən də bu xalqın seçilən ağsaqqalı kimi sizə minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Qarabağ bizim idi, sayənizdə bizim də qalacaq!

Sizə bol zəfər və yekun qələbə arzulayıram!

Dərin ehtiramla,

Sudeyif İmamverdiyev,

akademik


 

 

Möhtərəm prezidentimiz, Ali Baş Komandanımız!

Mən sözümü Ulu Öndərimizin məşhur kəlamı ilə başlayıram . “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Bəli, bu gün hər birimiz fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu fəxarət hissi isə 27 sentyabrdan sonra isə daha da artdı.  Sentyabrın 27-də mənfur ermənilərin növbəti təxribatından sonra Sizin rəhbərliyinizlə başlayan əks-hücumlar ölkəmizi zəfərə götürdü.  1989-cu ildən erməni təxribatı ilə üz-üzə qalan Azərbaycanın əks-hücumu alqışa layiq oldu.  Azğın düşmənə verilən dərsin davamlı olması hamımızı sevindirir. Hər zəfər bir əfsanəyə çevrilir. Bu qələbədən sonra folklorumuzun zəngin nümunələrinin sayı daha da artacaq. Nağıllar, rəvayətlər, dastanlar qoşulacaq. Nəsillər Sizin qəhrəmanlığınızdan qürur duyacaq! Allah Sizi qorusun! Allah Azərbaycanın Ordusunu qorusun! Sizlər bizim milli qürur mənbəyimizsiniz!
Cənab Prezident!

Bizə yaşatdığınız bu fərəh, bu sevinc üçün  Sizə minnətdarıq!. Torpaqlarımızın düşməndən azad olunmasında rolunuz əvəzsizdir.
Bütün dünya azərbaycanlıları, Türk dünyası Sizinlə qürur duyur!

Bəli! Dediz və elədiz! Qarabağ Azərbaycandır! Nida!

Çox hörmətlə,

Qəzənfər Paşayev,

Filologiya elmləri doktoru və professor

———————————————————————

Möhtərəm prezidentimiz!

Bilirdik, inanırdıq, inammız tam idi, Aslandan aslan törəyər- deyirdik!

Həyatın, cəmiyyətdə gedən proseslərin içindəyik. Bizlərdən gözləntiniz çərçivəsində fəaliyyət göstərməkdəyik.

Optimist olmağa çalışdıq, amma içimizdə sanki bir qaranlıq, sis duman, qəm var idi., kədər var idi. 27 sentyabr əmrinizlə bizi bunlardan azad et5diz, Cənab prezident!

Madagizə bayraq sancdıq, təbrikiniz ilə bizlərin ömrünü uzatdınız, yaşamaq stimulu verdiniz bizə.

Qələbə üçün, rəhbərimiz olduğunuz üçün, varlığınız üçün , hər şey üçün Sizə təşəkkürümüzü bildiririk, cənab Ali Baş Komandan!

Bizim əksəriyyətimiz ötən əsrin 70-ci illərində həyata atılmış insanlarıq. Heydər Əliyev epoxasının məhsullarıyıq. Savadımız, enerjimiz, nüfuzumuz var! Hər şəkildəki varlığımızla yanınızda, arxanızdayıq. İçimizdə hərbi ixtisaslı üzvlərimiz var. Orduda zabit kimi xidmət ediblər.

Əmrinizdəyik, cənab Ali Baş Komandan!

Möhtərəm prezidentimiz!

Yaşayın, Azərbaycan xalqı üçün, dövlətimiz üçün, Qarabağın azadlığı üçün, qələbədən yaralarımızı sarımaq üçünölkənin inkişafı üçün yaşayın, cənab prezident, var olun!

Sizə uğurlar arzulayırıq!

Dərin hörmət və inamla,

Yaşar Zamanov,

Bərdə rayon Ağsaqqallar Şurasının sədri

———————————————————–

Qızıl hərflər ilə yazıldı adın….

Hörmətli, cənab prezidentimiz!

Siz bu gün tariximizə öz adınızı qızıl hərflərlə yazırsınız. Sizin qətiyyətiniz sayəsində iki yüz ildən sonra Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Məcburi köçkün, qaçqın statusu vətəndaşlarımızın üstündən götürüləcək. Bu sizin yürütdüyünüz düzgün siyasətin, bütün sahələrdəki güclü inkişafın nəticəsidir. Bu gün hər bir azərbaycanlı sizinlə fəxr edir, sizinlə qürur duyur.

Rəhmətlik Puşkin hələ vaxtında, ermənilər üçün deyib ki, sən köləsən, sən oğrusan, sən qorxaqsan, çünki sən ermənisən. Uzun illər biz bunu gördük, bunun ağrısını hiss etdik. Xainliklərini də, erməniliklərini də! Bu gün qorxaqlıqlarını da görürük. Sizin yaratdığınız nizami ordunun qabağından Sizin təbirinizcə desəm, it kimi qaçırlar. Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinə qarşı uğurlu əməliyyatı nəticəsində qazanılan zəfərlərə görə Sizə öz adımdan və ailəmiz adından dərin təşəkkürümüzü bildiririk. Sizə və bütün əsgərlərimizə bu haqq-ədalət savaşında zəfər və qələbə arzu edirik!

Biz ağsaqqallar da əmrinizə müntəzirik, sizinləyik və daima sizinlə də olacağıq!

Və hər zaman da bu şüar dilimizdə dolaşacaq:

İlhamınla birgə yaşa, yaşa, yaşa Azərbaycan!

Hörmət və ehtiramla,

Eyvaz Hünbətov,

Nizami rayon Ağsaqqallar Şurasının sədr müavini

—————————————————————————-

“Hər bir azərbaycanlının ürəyindən keçən ən böyük arzu Qarabağın azadlığıdır”

Cənab Ali Baş Komandan!

Siz hər dəfə bir yerin azad olmasını elan edəndə mən qəhərlənir, fərəhlənirəm. Siz bütün qarabağlıların, azərbaycanlıların, bizi sevənlərin arzusunu həyata keçirirsiniz.

30 ildi ərazi bütövlüyümüzün təmin olunması üçün müraciət etdiyimiz xarici qurumlar, təşkilatlar Qarabağın azadlığı və ədalətin bərpası üçün  heç bir iş görmədilər. Möhtərəm prezidentimiz, Siz  bütün gücünüzü, iradənizi, mövqeyinizi ortaya qoyaraq Qarabağ problemini həll edirsiz. Mərhələ-mərhələ gedən proseslər, hazırlıqlar bu gün zəfərə çatdırdı bizi. Siz öz müdrik siyasətinizlə o günün nə vaxt gələcəyini müəyyənləşdirdiniz. Və bu gün bütün azərbaycanlılar və dünya xalqları Sizin sayənizdə qüclənən, qüdrətlənən nizami ordumuzun gücünü gördü! Siz XXI əsrin ən güclü ordusunu qura bilmisiniz!

Mən, Ali Baş Komandan, başda Siz olmaqla bütün ordumuzun qarşısında baş əyirəm. Siz uzun illərdir ki, ermənilərin xainliyindən, işğalından əziyyət çəkən doğma yurdumu, Qarabağımı mənfur düşmənin tapdağından, işgəncəsindən qutarırsız. Qardaş Türkiyəmiz də var olsun, qardaşlıq missiyasına sadiq qaldılar.

İndi erməniləri müdafiə edən dövlət və təşkilatların da sözünün qüvvəti qalmadı bu birliyin, bu gücün qabağında.

Mən bütün qarabağlılar adından Sizə təşəkkür edirəm. Var olsun Azərbaycanımız, var olsun Ali Baş Komandanımız və şanlı ordumuz!

Biz birlikdə güclüyük! Həmişə Sizinləyik! Hamımız həmrəyik, əl-ələyik!

İnşallah, bütün yurdlarımızda şanlı bayrağımız dalğalanacaq!

Qarabağ bizimdi!

Qarabağ Azərbaycandır!

Hörmət və ehtiramla,

Felmar Ələkbərov,

Bakı Şin Zavodunun sabiq direktoru

—————————————————————–

Əziz prezidentim, əziz oğlum!

Bu gün hər bir ata, hər bir ana Sizinlə qürur duyur və Sizi öz doğma övladı sanır.

Sizin siyasi xəttiniz, güclü iradəniz, qətiyyətiniz gəlib Qarabağın bağrından keçdi. İndi bütün dünya azərbaycanlıları, qaçqın-köçkünlər sizi televizor qarışıq bağırlarına basırlar. Siz tarixi ədaləti bərpa edərək, düşmənlərə meydan oxuduz. Siz Qarabağı qaytarmaqla Azərbaycan tarixinə qızıl möhür vurdunuz.

Əziz oğlum! Əziz Ali Baş Komandanım! Sizin çıxışlarınız  sizə güvənən xalqın zil pərdədə səslənən gur səsi kimi yayılır cahana. Bu möhtəşəmlikdə mən də sevinc göz yaşlarımı saxlaya bilmirəm. Sizə bu çətin, mərd işdə zəfər, qələbə və bol uğur arzulayıram.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Və bu xalq Sizi, bu ölkə üçün etdiklərinizi və nəhayət bu gün yaşatdığınız zəfər müjdələrini heç zaman unutmayacaq! Qələbə yaxındadır! Siz artıq bütün könüllərdə öz heykəlinizi ucaltmısınız! Var olun!

Eşq olsun Azərbaycanın Ali Baş Komandanına və nizami ordusuna!

Hörmətlə,

Əhmədov Əhməd Şahbaba oğlu,

müəllim

————————————–

Çox hörmətli cənab Prezident.

Siz doğma Dağlıq Qarabağımızın və onun ətrafındakı 7 rayonumuzun ərazisində barıt çəlləyinə bənzər ağılagəlməz silah anbarının sahibi olan ermənilər üzərində diplomatik və inkarolunmaz real tarixi qələbənizlə şumer köklü, iskit soylu, sak ləyaqətli, hun əzəmətli, səlcuq qeyrətli, oğuz boylu, boz qurd soylu olduğunuzu, mübarizlik, əyilməzlik, təmkinlilik, səbirlilik, dözümlülük yolunda damarlarınızdan Sanatürkün, Atillanın, Yusif Sacoğlunun, Səlcuq bəyin, Şəmsəddin Eldənizin, Qara Yusifin, Həsən padşah Bayandurlunun, Şah İsmayılın, Nadir şah Əfşarın, Məhəmməd Həsən xan Qacarın qanı axdığını, ictimai-siyasi sahədə və beynəlxalq aləmdə dünyanın ən güclü diplomatlarından biri olan ümummilli liderimiz Heydər Əliyevin ləyaqətli davamçısı olduğunuzu təsdiq etdiyiniz üçün biz ceyranbatanlılar və Ceyranbatan qəsəbə ağsaqqallar şurasının hər bir üzvü Sizinlə fəxr edirik.

Sizə və Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyinə, ölkəmizə mənəvi dayaq olduğuna görə dostunuz, qardaşınız, sirdaşınız olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ağsaqqallar adından təşəkkür edirik.

Cənab Prezident, cəbhə bölgəsində qazanılan uğurlar münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, sıravi bir əsgər kimi hər an Sizinlə olduğumuzu bildiririk.

Azadlıq meydanında keçiriləcək Qələbə paradında Sizi təbrik etmək arzusu ilə dərin hörmət və ehtiramla,

Sabir Tağıyev,

Akademik, Abşeron rayonu Ceyranbatan qəsəbəsi Ağsaqqallar Şurasının sədri

 

 

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR