Şərafət Şəfa:”Getdiyiniz o yurd, BİZİM YURDUMUZDU!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Salam, əziz əsgər oğullarım! Siz bu gün rəşadətiniz,vüqarınız, milli ruhunuzla  böyük bir sənədli tarixi əsər yazırsınız! Sizin yaralı Qarabağa dəyən qədəmlərinizdən Vətən torpağısusuzluqdan çatlamış torpaq kimi sərin su içir. Fizuli, Cəbrayıl, Murov zirvəsində şəhid düşən qardaş, atalarınızın ruhu sizinlə birğədir. Artıq Qarabağda narahat ruhlar dolaşmır. Artıq itkinlər doğma nəfəsinizi hiss edib əbədiyyətlərinin rahatlığını yaşamağa başlayıblar. Minlərlə şükran duası adınızla birgə Tanrı dərgahına ünvanlanır. Qarabağın hər qarışından uluların ruhu boylanıb sizlərə uğur diləyir. Əsgər oğlum, igid balam! Bu gün sən qaçqın-köçkünün, itkin-əsirin, yurd-yuvasında qətl edilənlərin qisasını alırsan! Yurdlarımızı mənfur düşmənin rəzil tapdağından azad edirsən. Sizinlə qürur duyuruq! Bu gün bütün dünya Ali Baş Komandanımızın qətiyyətini, Azərbaycan oğlunun qüdrətini görür, ordumuzun şücaətini alqışlayır! Əziz oğlum, bilirsənmi sənin erməni əsgərindən fərqin nədi? Fərqin odur ki, sənin şanlı və qədim tarixin, qüdrətli dövlətin və əxlaq mədəniyyətin var. O əxlaq mədəniyyəti ki, sən dinc insanları qətl eləmirsən. Sən öz yurd-yuvan üçün vuruşursan. Amma erməninin nə tarixi var, nə əxlaq nizamı. Onlar acizliklərindən, qorxaqlıqlarından dinc əhaliyə atəş açır, terror törədirlər. Gor sən nə qədər möhtəşəm, nə qədər əzəmətlisən ki, sənin zəhimli baxışından erməni əsgərinin əli əsib, ürəyi gedir! Budur Azərbaycan oğlu! Budur rəşadət!

Qafqaz qartalları! Sizinlə qürur duyuruq! Biz analar Sizləri sevir, məhəbbətlə, sevgiylə yolunuzu gözləyirik! Sizin bayraq qaldıran əllərinizə, Qarabağa toxunan qədəmlərinizə qurban olum, ay oğul! Allaha əmanət olun! Sizlər Azərbaycanın qürur yeri, xalqın tükənməz ümidi və gücüsünüz! İrəli, oğullar,  Vətən eşqinə! Getdiyiniz o yurd, BİZİM YURDUMUZDU! Sizin hər birinizi  bağrıma basıram. Qələbə günü görüşənədək!

Sevgiylə,

Şərafət Şəfa

(Muquzova),

Qax rayonu Çinarlı kəndi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR