" />

“Birliyimizi pozmağa cəhd edən xainlərin bütün cəhdləri iflasa uğrayacaq” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda kimin həqiqətən vətənpərvər, milli qüvvə olduğu, kimin Azərbaycan xalqının milli maraqlarına zidd fəaliyyət göstərdiyi, ermənilərin dərmanına su tökdüyü yavaş-yavaş gün üzünə çıxır. Hər bir cəmiyyətdə nədənsə narazı və etirazçı kəsim mövcuddur. Amma məsələ Vətən olanda bütün maraqlardan imtina olunmalı, heç bir siyasi iddia önə sürülməməlidir. Bəzi şəxslərin, media qurumlarının davranışları deməyə əsas verir ki, Azərbaycan daxilində milli birliyimizə xələl gətirən, Qarabağa gedən yolumuzu bağlamağa çalışan qüvvələr mövcuddur. Onlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi ilə hazırkı məqamda müzakirəsi yersiz olan məsələləri gündəmə gətirib xalqın fikirini müharibədən yayındırmağa, həmrəyliyimizi pozmağa cəhd göstərirlər”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov birliyimizə xələl gətirən anti-milli qüvvələr barədə danışarkən deyib.

Ramin Əhmədov qeyd edib ki, ofisi xaricdə olan və həmişə anti-Azərbaycan mövqeyi ilə seçilən media orqanlarından biri Azərbaycan və ABŞ əsgərinin aldığı maaşı müzakirəyə çıxarıb: “Qeyd edilir ki, ABŞ əsgəri Azərbaycan əsgərindən daha çox pul alır və həmçinin ortaya, Azərbaycan əsgərinin sosial təminatının aşağı olması ilə bağlı əsassız iddialar atılır. Digər bir vətən xaini isə Ermənistan ordusuna döyüş taktikası öyrədir, müharibəni udmağın yollarını başa salır. Xaricdə yaşayan mühacirlərdən biri isə Azərbaycan şəhidinə ayrılan “qanpulu”na narazılıq edir. Belə bir məqamda, 30 illik həsrətin bitdiyi günlərdə belə mövzuların yeridir? Bu müharibənin adı Vətən Müharibəsidir! Yalnız düşmən belə mənasız mövzularla cəmiyyətin diqqətini yayındırmağa çalışa bilər. Çünki Qarabağ Azərbaycan xalqının dərdidir. Bu yaranı sarımaq, Qarabağı azad etmək üçün minlərlə igidimiz canını fəda edir və bundan sonra da etməyə hazırdır. Onlar 26 illik həsrətə son qoymaq üçün döyüşür”.

YAP rəsmisi Ordumuzun cəmiyyətdə 30 ildir hökm sürən utanc hissini yox etmək üçün düşmənlə üz-üzə olduğunu deyib: “Belə bir məqamda hansı əsgər, hansı valideyn maddiyyat, qazanc düşünür? Biz bu müharibə zamanı nümunələr gördük ki, 250 manat pensiya alan şəxs pulun çox hissəsini Orduya dəstək üçün ayırıb. Həmçinin bu müddət ərazində əsgər valideynləri, şəhid ailələri diqqətdən kənarda qalmayıb. Dövlət və özəl təşkilatlar, iş adamları hərbçilərimizin, şəhidlərimizin ailələrinə baş çəkib və onlardan dəstəyini əsirgəməyib. Bundan başqa, uzun illər ərazində dövlət şəhid ailələrini  mənzillə təmin edib, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar həyata keçirilib”.

Ramin Əhmədov bildirib ki,xainlər birliyimizi muzdla döyüşən ABŞ ordusunun əsgərlərinə verilən maaşı misal çəkməklə pozmağa çalışırlar: “Başa düşmürlər ki, ABŞ əsgəri başqasının torpağında, İraq, Suriya və digər ölkələrdə işğalçılıqla məşğuldur. Onun üçün vətən və ərazi bütövlüyü anlayışı yoxdur. Əlbəttə ki, belə olan halda, ABŞ əsgəri pul, var-dövlət üçün döyüşəcək. Yersiz mövzularla gündəm yaratmaq istəyənlərə xüsusi tapşırıq verildiyi şübhəsizdir. Onlara cəmiyyətin diqqətini Qarabağdakı müharibədən yayındırmaq, yaranmış birliyi pozamaq lazımdır! Sorosun uşaqları iş başındadır. “Ağsaqqallarının” hakimiyyətə gətirdiyi Nikol Paşinyanın diktaturasının sonu yaxınlaşır. Müharibəni uduzur, planlar pozulur. Ona görə də erməni lobbisinin “azərbaycanlı” üzvləri öz missiyalarını yerinə yetirməli, cəmiyyəti dövlətə qarşı qaldırmaq üçün sistemli iş aparmalıdır. Amma görünür Azərbaycan xalqının ruhuna yaxşı bələd deyillər. İndi bu xalqı Qarabağın azadlığından başqa heçnə düşündürmür. Kimin hansı anti-milli təbliğatı aparmasından asılı olmayaraq xalq Qarabağın azadlığını gözləyir! Hamı bir nəfər kimi Ali Baş Komandanın arxasındadır. Bu birliyi, həmrəyliyi heç bir qüvvə sarsılda bilməz. Bu birlik Ordumuzun irəliləməsi üçün əsas mənbədir! Erməni qəsbkarlarının da, ermənilərə xidmət edən xainlərində üzərində tam qələbə çalacağımız günə lap az qalıb. Qələbədən sonra isə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR