" />

“Türk dünyası ağsaqqalları” qəzeti və Agsaqqallar.az saytı Şuradan ayrıldı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

ELAN

Diqqət!

Əziz qəzet və sayt oxucuları!

Bildiririk ki, “Türk dünyası ağsaqqalları” qəzeti və Agsaqqallar.az saytı uzun illər Azərbaycan Ağsaqqallar Şurasının orqanı kimi fəaliyyət göstərib.  29 sentyabr 2020-ci ildə keçirilən qurultaydan sonra qəzet və sayt şura ilə əməkdaşlıqdan ayrılıb.  Hal-hazırda biz özəl media qurumu olaraq fəaliyyətimizi davam etdiririk.  Şura ilə əməkdaşlığımız birib.  Hər kəsdən xahiş edirik ki, Şuraya aid məsələləri onların əlaqə nömrələrinə və poçt ünvanlarına göndərin!

Qeyd: Sayt “Türk dünyası ağsaqqalları” qəzetinin onlayn versiyası kimi 10 noyabr 2017-ci ildən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd,  Azərbaycanın və Türk dünyasının ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər, qərəzsiz, neytral informasiyaların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin sayt Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı və xalqına qarşı soyqırım siyasətinin yürüdülməsi haqqında ətraflı məlumatlar yayır. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ziyalıları, qəhrəmanları, folkloru, musiqisi , sosial inkişafı və digər sahələr barədə maraqlı müsahibələr, müəllif yazıları, araşdırmalar,  ictimai-siyasi analizlər, video görüntülər, proqnozlar təqdim edir. Hər il bir neçə dövlətəhəmiyyətli layihələr həyata keçirir.

Azərbaycan Respublikasına xidmət etmək şərəf və vican borcumuzdu!

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR