“Biz doğma Ağdam şəhərinə gedəcəyimiz günü gözləyirik….”
“Bu gün bizim ordumuzun əks-hücumu erməniləri daha da quduzlaşdırıb. Hər cəhətdən onlardan çox-çox üstün olan Azərbaycana təxribatları davam edir. Onlar mülki əhaliyə atəş açmaqla öz acizliklərini təsdiq etmiş oldular. ”
Bu sözləri Ağdam Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov Ağsaqqallar.az saytına açıqlamasında deyib. O, qeyd edib ki, həmişə olduğu kimi yenə də əhali öz yurdlarını tərk etmir, Ali Baş Komamdanımızın və ordunun gücünə arxalanır.
“Biz artıq Quzanlıda deyil öz Ağdamımızda yaşamağa hazırlaşırıq. Biz doğma Ağdam şəhərinə gedəcəyimiz günü gözləyirik….Var olsun şanlı ordumuz! Var olsun Azərbaycanımız! Nəinki gənclər, keçmiş döyüşçülər, biz ağsaqqallar belə səngərə girməyə hazırıq!”-deyə Ə. Mikayılov bildirib.