Yaşar Zamanov:”Bərdə ağsaqqalları da səfərbərdirlər, vuruşmağa hazırdırlar!
Artıq 2 gündür cəbhə zonasında olan jurnalist Şərafət Şəfa bu gün Bərdə rayon ağsaqqalları ilə görüşüb. Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanovla müsahib olub. Dəyərli el ağsaqqalı təmas xəttinə yaxın ərazidə yaşayan bərdəlilərin Tərtər, Ağdam rayonlarında gedən döyüşləri anbaan diqqətdə saxlayaraq, əziyyət çəkən mülki əhaliyə dəstək durduqlarını, el ağsaqqalı olaraq cəbhəyə gedən oğulları xeyir-duayla yola saldıqlarından söhbət açıb.
Yaşar Zamanov Bərdə əhalisinin Ali Baş Komandanın böyük əzmini, qətiyyətli addımını alqışladıqlarını, hər zaman onun yanında olduqlarını bildirib. “Ordumuzun, rəşadətli oğullarımızın gücü düşmənə öz yerini göstərəcək. Ən böyük qürurumuz möhtərəm prezidentimizdir. Ali Baş Komandan tarix yazlr. 1918-ci ildən işğala məruz qalan Azərbaycan torpaqlarında tarixi ədalət bərpa olmağa başladı. 2016-cı ilin Aprel döyüşlərində geri alınan torpaqlarımız böyük dönüş yaratdı zehinlərdə. Bu günkü uğurlarımız və qələbəyə doğru atılan addım, alınan kəndlərimiz bunu deməyə imkan verir! Cənab İlham Əliyev tarix yazır! Xalq olaraq qürur duyuruq! Bu yaşda olmağımıza baxmayaraq səfərbərik, hər an vuruşmağa hazırıq!”-deyə dəyərli ağsaqqalımız vurğulamışdır!
Agsaqqallar.az
Oxşar Xəbərlər
- Bakı Slavyan Universitetinin Xarici dil Müəllimliyi fakültəsinin Fransız dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Səadət Əlizadə indiyədək 50-dən çox şəhidin rəsmini çəkmişdir
- “Böyük qürur hissi ilə seçki gününün gözləyirik və bütün gücümüzlə prezidentimizin yanındayıq”-Eyvaz Hünbətov
- Vüqar Fərzizadə: “ÖLKƏ ƏMİN ƏLLƏRDƏDİR!”