" />

Şərafət Şəfa:”Ordumuzun layiqli cavabı düşməni təşvişdə saxlayır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Ordusunun əks hücumu düşməni təşvişdə saxlamaqdadı. Ordumuzun  layiqli cavabı ilə Ermənistan silahlı bölmələrinin yüzlərlə canlı qüvvəsi, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib. Cəbhədən gələn sevindirici xəbərlər qələbənin uzaqda olmadığından xəbər verir. Artıq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib”.

Bu sözləri Agsaqqallar.az saytına açıqlamasında cəbhə xəttində olan jurnalist Şərafət Şəfa telefon danışığında deyib. O, əməkdaşlara bildirib ki, Müdafiə Nazirliyinin rəsmi məlumatında deyildiyi kimi Ağdərə rayonu istiqamətində və Murovdağı hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, strateji əhəmiyyətli yüksəkliklər nəzarətə götürülüb.

” Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmənin xeyli itki verməsi bir daha nizami ordumuzunun gücünü göstərdi. Bütün cəbhəboyu könüllülərə və keçmiş döyüşçülərə rast gəlirik. Onlar vuruşmaq istədiklərini bildirir, ölkə başçısına və orduya dəstək nümayiş etdirirlər.”-deyə Şərafət Şəfa bildirib.

Qeyd edək ki, düşmənin müqavimət göstərdiyi mövqelərə ordumuz raket-artilleriya və aviasiya zərbələri endirilməklə düşməni geri oturmağa məcbur edilir.

Xətai

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR