Tərtərdə təcili yardım maşını atəşə tutuldu: Yaralılar var
Tərtərdə Ermənistan ordusu tərəfindən təcili yardım avtomobilinə ağır artilleriya qurğularından atəş açılıb.
Hadisə avtomobil çağırışa gedən zaman baş verib. Nəticədə, sürücü idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.
Hadisə nəticəsində təcili tibbi yardım maşının sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı, 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu yaralanıb.