Yeni tədris ilinin ilk dərsləri müəyyənləşdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR