Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq – ÜNVANLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə edir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR