Haqqımızda Əlaqə

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub.

İmtahanlar təxminən 18 gün davam edəcək.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR