Mədəniyyət Nazirliyində yeni təyinat
Mədəniyyət Nazirliyi rejissor Rüfət Həsənovun qurumun Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı məlumat yayıb.
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.
Qeyd edək ki, 2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.