Haqqımızda Əlaqə

İctimai nəqliyyatla bağlı məhdudiyyət bitdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

1 avqust saat 00:00-dan xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.

Bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilmiş ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti 4 iyul saat 00:00-dan 5 avqust saat 06:00-dək dayandırılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR