Allahşükür Paşazadə bayram fətvası verməməsinə aydınlıq gətirib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bayram fətvası verməməsinə aydınlıq gətirib.

Din xadimləri ilə keçirdiyi videokonfransda bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır və pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınmışdır.

Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır. Din xadimlərinə bildirildi ki, bu özəllikləri yerlərdə insanlara çatdırsınlar və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilsin.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR