Ermənistana məxsus iki taktiki PUA məhv edildi – RƏSMİ
İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.
Oxşar Xəbərlər
- Binyamin Netanyahu: Türkiyə Prezidenti ilə əlaqələrimin yaxşılaşmasından çox məmnunam
- Tovuz rayonunda “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin I Forumu keçiriləcək- TAİB Gənclər Təşkilatı və Əbədi Birlik GİB yeni layihəyə start verdi
- Həzi Aslanov adına veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib