Haqqımızda Əlaqə

“İçimizdəki xainlər, şərəfini itirənlər təxribat törətməyə çalışırlar” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan Ordusu dövlət sərhəddində düşmən təxribatının qarşısını alarkən qarşı tərəfə ağır zərbələr vurub, dayaq məntəqələri dağıdılıb. Müdafiə Nazirliyinin yaydığı videolardan aydın olur ki, düşmənin hərbi obyektlərinə ciddi ziyan vurulub, şəxsi heyyət təşvişə salınıb. Çox sayda itkilərinin olduğu barədə məlumatlar var. Əlbəttə ki, Ordumuzun düşmən təxribatına verdiyi qəti cavab xalqda böyük ruh yüksəkliyi, döyüş əzmi yaradır. Hər bir vətəndaş ordumuzun gücünə inanır, Ali Baş Komandan İlham Əliyevin düşmənə ağır cavab zərbələri vurulması ilə bağlı verdiyi tapşırığı alqışlayır”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov odumuzun düşmən təxribatına verdiyi cavabla bağlı danışarkən deyib.

YAP rəsmisi bildirib ki, Azərbaycan Ordusunun bu uğurlu cavab əməliyyatını həzm etməyən qüvvələr var: “Ölkəmizin hərbi və siyasi uğurlarını gözü götürməyən qüvvələr cəbhədə gərginlik yaranan kimi aktivləşməyə başladılar. İçimizdəki təxribatçılar, ermənilərə xidmət edənlər xalq arasında təşviş, xof yaratmağa yönələn məlumatlar paylaşı cəmiyyətin çaşqınlıq işində olmasına çalışırlar. Yalan xəbərlər yaymaqla rəsmi məlumatları kölgədə saxlamağa çalışan satqın qüvvələr Azərbaycanın itkilərinin çox olması, hətta ərazi itkilərimizin olduğu barədə dezinformasiyalar yayırlar. Şərəfini, milli ləyəqatını itirənlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzunu sarsıdan paylaşımlar edir, Nazirliyin yaydığı rəsmi məlumatları heçə sayırlar. Bu ünsürlər Azərbaycanın deyil, Ermənistan tərəfinin yaydığı məlumatlara inandıqlarını açıq şəkildə bəyan etməklə öz satqın niyyətlərini bir daha nümayiş etdirirlər”.

Ramin Əhmədov qeyd edib ki, satqın, mənəviyyatsız, ordumuzun uğurlarına kölgə salan insanlara Azrbaycanda yer olmamamalıdır: “Düşmən tərəfinin maraqlarına xidmət edən məlumatlar yayan, bəyanatlar səsləndirən satqınlar hansı haqla xalqın adından danışa bilərlər? Ermənistanda da müxalifətçi, hakimiyyətin siyasəti ilə razılaşmayan qüvvələr var. Amma onlar bizim milli satqınlardan fərqli olaraq, hərbi məsələlərdə dövlətin həyata keçirdiyi siyasətə əks heç bir bəyanat vermirlər. Bu acı həqiqətdir ki, bizim içimizdəki və xaricdə fəaliyyət göstərən siyasi dələduzlar Ermənistan Xüsusi Xidmət orqanları ilə əməkdaşlıq edirlər. Onların əsas missiyası isə Azərbaycan dövlətinin həyata keçirdiyi hərbi, iqtisadi və sosial siyasəti gözdən salmaq, xalq arasında təşviş yaratmaq və ölkə daxilində dövlətə qarşı inamsızlıq mühiti yaratmaqdır”.

Azərbaycandakı satqın qüvvələrin səylərinin boşa çıxdığını deyən Ramin Əhmədov bildirib ki, xalq təxribatçı qüvvələrin yaydığı məlumatlara inanmır: “Müşahidələr göstərir ki, Azərbaycan cəmiyyəti belə vəziyyətlərdə özünü təmkinli aparır, təxribatçı qüvvələrin şaiyələrinə baxmayaraq yalan xəbərlərə inanmır. Azərbaycanın Müdafiə Nazirliyi mütəmadi olaraq rəsmi məlumatlar yayır və cəmiyyət cəbhədə baş verənlərlə bağlı tam şəkildə məlumatlandırılır. Yəni cəmiyyətdə informasiya boşluğu yoxdur. Bu məqam təxribatçı qüvvələrin planlarını pozur. Əhali onlara deyil, dövlətin yaydığı cəbhə xəbərlərinə inanır. Azərbaycan xalqı ağı qaradan seçən xalqdır. Xalqımız Dövlətin, Prezidentin ətrafında sıx birləşib. Düşmənə layiqli cavab verilir. Xalq Azərbaycan Ordusunun gücünə inanır. Bu birliyimizi heç bir qüvvə sarsılda bilməz”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR