ABŞ-dan sərhəddəki vəziyyətlə bağlı BƏYANAT
Amerika Birləşmiş Ştatları Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəyə münasibət bildirib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, ABŞ sərhəddəki qarşıdurmaları qınayır: “ABŞ bu zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmağa çağırırıq. Ölkələri aralarındakı rabitənin birbaşa kanallarından istifadə etməyə, atəşkəsə ciddi əməl etməyə səsləyirik”.
Bəyanatda bildirilib ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə sadiq qalır. Əlavə edilib ki, vəziyyət uyğun olaraq, ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsi vacib hesab edilir.
Oxşar Xəbərlər
- YAP, TAİB və UFAZ-ın birgə təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
- Azərbaycan Universitetində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub
- Koronavirusdan sağalanlar oruc tuta bilərmi?