Haqqımızda Əlaqə

“Çətin dövrdə Mehriban Əliyevanın həssas təbəqəyə göstərdiyi yardımlar ona olan inamı daha da artırır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bütün dünyada olduğu kimi Azərbaycanda da dövlətin əsas diqqəti koronavirusla mübarizəyə yönəlib. Ölkəmiz özünün daxili imkanları hesabına COVİD-19-a qarşı dünyaya nümunə olacaq mübarizə metodu təqdim edir. Prezidentin tapşırığı ilə yeni modul tipli xəstəxanalar tikilir, “COVİD-19”la mübarizəyə xarici mütəxəssislər cəlb olunur, həmçinin pandemiyanın vətəndaşlara vurduğu ziyan dövlət tərəfindən ödənilir. Bu kimi problemlərə, iqtisadi çətinliklərə baxmayaraq, dövlət heç bir vətəndaşını unutmur və maddi çatışmazlıqlarının qarşılanması üçün əlindən gələni edir. Məsələn, biz demək olar ki, hər gün mediada Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailəsinə ev verməsi, ipoteka borcunu bağlaması, əməliyyat xərclərinin, bank borcunun ödənilməsi və digər bu kimi maddi problemlərin həlli ilə bağlı xəbərləri oxuyuruq. Belə hallar bizə deməyə əsas verir ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və həsas təbəqəyə aid olan digər vətəndaşlarımız birbaşa Mehriban xanım Əliyevanın diqqətindədir. Vətəndaşların hər müraciəti dərindən araşdırılır və problemləri qısa bir zamanda həll edilir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov deyib.

YAP rəsmisi bildirib ki, cəmiyyət pandemiya dövründə Mehriban Əliyevanın xeyirxah əməllərinə dəfərlərlə şahidlik edib: “Xüsusilə qeyd etmək lazımdır ki, ötən dövrlərdə olduğu kimi pandemiya dövründə də Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu aztəminatlı ailələri, şəhid ailələrini və Qarabağ əlillərini humanitar aksiyaları ilə sevindirib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi pandemiya dövründə başlatdığı yardım aksiyaları ilə yüzminlərlə aztəminatlı ailəyə ərzaq sovqatı paylayıb. Bu məqsədlə portal yaradılıb. Ehtiyacı olan hər bir vətəndaş portal vasitəsi ilə müraciət edib və yardımla təmin olunub. Yardım aksiyaları birbaşa Mehriban Əliyevanın tapşırığı ilə həyata keçirilib. Prezident İlham Əliyevə pandemiya dövründə göndərilən hər təşəkkür məktubunda Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər xüsusi qeyd olunur, etdiyi yardımlara görə minnətdarlıq bildirilir. Bu məqam xalqın Mehriban Əliyevaya inamının və sevgisinin bariz nümunəsidir”. 

Azərbaycan və dünyanın bir çox ölkələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə minlərlə belə humanitar, xeyriyyə aksiyalarının keçirildiyini deyən Ramin Əhmədov bildirib ki, həyata keçirilən sosial layihələr Mehriban Əliyevanın yüksək insani keyfiyyətlərindən irəli gəlir: “Biz pandemiya dövründən əvvəl də Qarabağ əlili, xalq artisti və ya siravi vətəndaşın müalicəsi ilə bağlı maddi çatışmazlığın yarandığı barədə xəbər yayılan kimi ilk reaksiyanın Heydər Əliyev Fondu tərəfindən gəldiyinə dəfələrlə şahid olmuşuq. Əminliklə deyə bilərik ki, Mehriban Əliyeva Heydər Əliyev Fonduna daxil olan müraciətləri cavabsız qoymur. Onun xalqa göstərdiyi diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilir. Hər birimiz həyata keçirilən humanitar aksiyalara, Azərbaycan vətəndaşlarına doğma münasibət göstərilməsinə görə Mehriban xanıma və belə çətin dövrdə xalqın yanında olan, yardımlarını əsirgəməyən, “Bizim üçün hər şeydən önəmli insanların sağlamlığıdır” deyib bütün diqqətini ölkədə koronavirusla mübarizəyə yönəldən, maliyyə itkilərinə, iqtisadi çətinliklərə baxmayaraq vətəndaşlara sosial dəstək proqramlarının davamlılığını təmin edən cənab Prezidəntə minnətdar olmalıyıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR