Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan vəfat edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.

 

Bu barədə deputat Fazil Mustafa nəlumat paylaşıb.

 

N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib:

 

“Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

 

Qeyd edək kii, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apelyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR