Bu tarixdə küçəyə çıxmayın – RƏSMİ XƏBƏRDARLIQ
Bazargünü, iyun ayının 21-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.
Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.