Azərbaycanda koronaviruslu xəstələr üçün daha 12 xəstəxana ayrılıb – SİYAHI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı Azərbaycanda xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən yeni tibb müəssisələrinin siyahısını açıqlayıb.
Siyahını təqdim edirik:
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
1 saylı Kliniki Tibbi Mərkəz
Azərsu Tikinti Xəstəxanası
Göyçay Rayon Mərkəzi Xəstəxanası
Salyan Rayon Mərkəzi Xəstəxanası
Xızı Rayon Mərkəzi Xəstəxanası
Qusar Rayon Mərkəzi Xəstəxanası
Ucar Rayon Mərkəzi Xəstəxanası
Saatlı Rayon Mərkəzi Xəstəxanası
Zərdab Rayon Mərkəzi Xəstəxanası
Gəncə Dəmiryol Xəstəxanası
Qeyd edilən xəstəxanalarda müalicə alan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülüb müalicələrini davam etdirə biləcəklər.
Oxşar Xəbərlər
- A.B.Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- TAİB-in sədr müavini Elnur Eltürk: “Qəbul edilən qətnamə heç bir əhəmiyyət daşımır. Kağız üzərində qalacaq”
- TAİB-in rəhbərliyi və bütün üzvləri Kərkük Kültür Dərnəyini 10 yaşı münasibətilə təbrik edir…