Avtobuslarda kondisionerlər bu səbəbdən yandırılmır – RƏSMİ
Həm nəqliyyat vasitələrində, həm də digər yerlərdə havanı içəridə dövr etdirən havalandırma sistemləri varsa, buna məhdudiyyət qoyulmalıdır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O əlavə edib ki, nəqliyyat vasitələrində havalandırma sisteminin işə salınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır: “Müəyyən qaydalar üzərində çalışılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu mövsümündə deyilik. Amma gələcəkdə bu baş verə bilər. Bununla əlaqədar da növbəti qaydalar və qərarlar qəbul ediləcək”.