Sərt karantin və məsuliyyətsiz vətəndaş – Polis necə davranmalı idi?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bütün dünyada yayılan yeni növ koronavirusa qarşı həyata keçirilən tədbirlər sırasında sərt karantin rejimlərini xüsusilə qeyd etmək lazımdır. Bu karantin rejimi bir çox ölkələrdə müxtəlif formalar tətbiq olunur. Bəzi dövlətlər həftəsonları, bəziləri isə bayram günləri vətəndaşların küçəyə çıxması ilə bağlı ciddi məhdudiyyətlər tətbiq edir. Hətta elə ölkələr var ki, günlərlə küçəyə çıxmaq qadağası tətbiq olunur. Əlbəttə ki, sərt xüsusi karantin rejimi tətbiq olunan ölkələrdə prosesə güc strukturları tərəfindən ciddi nəzarət edilir.

Ölkəmizdə də qısa müddət ərzində yoluxma riskini azaltmaq və yeni növ koronavirusun yaratdığı iqtisadi gərginliyini aradan qaldırmaq üçün ciddi tətbirlər görüldü.

Prezident İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə əhalinin sağlamığının qoyunması, sosial müdafiəsinin gücləndirilməsi üçün bir neçə sərəncam imzalandı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, koronavirusla mübarizə aparan həkimlərin əməkhaqqları bir neçə dəfə qaldırıldı və pandemiyadan ziyan çəkən sahibkarlar, vətəndaşlara müvafiq ödənişlər edildi. Azərbaycanın koronavirusla mübarizə çərçivəsində atdığı addımlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Görülən tədbirlər yoluxma sayını kəskin şəkildə aşağı saldı.

Pandemiya dövründə dövlətin həyata keçirdiyi uğurlu mübarizə planına baxmayaraq, son bir neçə həftə ərazində xüsusi karantin rejiminin yumşaldılması fonunda yeni növ koronavirusa yoluxma hallarının çoxalması ölkə rəhbərliyi üçün ciddi siqnal oldu. Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah digər ölkələrin təcrübələrindən istifadə etməklə, sərt xüsusi karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul etdi. Xüsusilə qeyd etmək lazımdır ki, koronavirus Azərbaycanda kütləvi yayılmağa başlamamışdan əvvəl atılmış addımların nəticəsində vəziyyət nəzarət altında saxlanıldı və bir çox Avropa dövlətlərinin vətəndaşlarının yaşadığı ağır günləri həmyerlilərimiz yaşamadı. Amma bəzi vətəndaşların məsuliyyətsizliyi, sosial məsafəni gözləməməsi, qaydalara əməl etməməsi nəticəsində hökumət yenidən sərtləşdirmə ilə bağlı qərar qəbul etməyə məcbur oldu. Müvafiq qurumlar tərəfindən 2 gün ərazində Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt xüsusi karantin rejiminin tətbiq olunması barədə qərar qəbul olundu.

Əksər vətəndaşlar hökumətin əhalinin sağlamlığı üçün verdiyi bu qərarı anlayışla qarşıladı və küçəyə çıxmaqla bağlı qoyulan qaydalara qeyri-şərtsiz əməl etdi.

Bu prosesə nəzarət hər bir ölkədə olduğu kimi, Azərbaycanda da hüquq-mühafizə orqanlarına tapşırıldı. Müşahidələr göstərir ki, polislərimiz öz vəzifələrinin öhtəsindən layiqincə gəldilər.

Pandemiya dövründə, xüsusilə bu 2 gün ərzində vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə nümunəvi xidmət apardılar, qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirdilər. Sosial şəbəkələrdə yayılan videolardan da polisin öz vəzifəsini mükəmməl şəkildə yerinə yetirdiyinin şahidi olduq. Suyu bitənə su, çörəyi bitənə çörək aldılar, yaxını rəhmətə gedən vətəndaşı təcili yas yerinə çatdırdılar, evdə halı pisləşən vətəndaşı xəstəxanaya apardılar, küçəyə icazəsiz çıxan şəxslərlə maarifləndirici söhbətlər apardılar, onlardan sərt karantin rejiminə əməl etməyi və evlərinə qayıtmağı tələb etdilər.

Anlayışlı, nizam-intizamlı vətəndaş polisin qanuni əmrinə tabe oldu və tələb olunan qaydalara əməl etdi. Təbii ki, qaydaları pozanlar da oldu, cərimələnənlər də… Belə hallar bütün sərt xüsusi karantin rejimi tətbiq olunan ölkələrdə baş verib.

Əksər vətəndaşlarımız koronavirusla mübarizədə ön cəbhədə yer alan polislərimizlə həmrəylik nümayiş etdirdilər.

Lakin sosial şəbəkələrdə bəzi təxribatçı qruplar əsassız iddialarla polislərin üzərinə virtual hücuma keçib qarayaxma kampaniyasına start verdilər. “Sapı özümüzdən olan baltalar” polislə vətəndaş arasında yaşanan xırda insidenti sanki polis-vətəndaş qarşıdurması kimi təqdim etməklə özlərinə xal qazanmağa çalışdılar. Onların əsas məqsədi isə əhalinin polisə, dövlətə olan etimadını azaltmaq, vətəndaş itaətsizliyini təbliğ etmək, ictimai rəyi çaşdırmaqdır. Əlbəttə ki, vətəndaşın evdə oturmasında, hərəkətinin məhdudlaşdırılmasında nə dövlətin, nədəki polislərimizin marağı var. Hər şey vətəndaşın sağlamlığı, dövlətin tibbi təhlükəsizliyi üçün edilir. Bunu normal düşüncəli, vətəninə, millətinə bağlı hər bir Azərbaycan vətəndaşı anlayır.

Elə vətəndaş dövlətinə, polisinə etimad göstərdiyi, inandığı üçün belə çirkin niyyətli, xarici qruplara xidmət edən təxribatçıların planları həmişə iflasa uğrayıb. Bu dəfə də elə oldu! Sosial şəbəkələrdə kiçik müşahidə aparsaq görərik ki, polislə vətəndaşlar arasında baş verən xırda anlaşılmazlıqları səhifələrinə paylaşan siyasi fəallar istifadəçilər tərəfindən virtual lincə məruz qalırlar. Əksər vətəndaşlar polisin öz vəzifəsini icra etdiyini, bəzi vətəndaşların isə polisə yersiz müqavimət göstərdiklərini qeyd edirlər.

Düzdür, heç kim istəməzdi ki, polislə vətəndaş arasında bu tip qarşıdurmalar yaransın. Amma polislərin başına zibil torbası atan tərbiyyəsizlərə, əxlaqsızlara qarşı bu formada davranmaq lazımdır. Gizli heç nə yoxdur. Videolar var. Polis sərt karantin rejiminin qaydalarını pozan vətəndaşa yaxınlaşaraq evə dönməsini tələb edir. Vətəndaş isə qanuni tələbə tabe olmur və polisə müqaviət göstərir. Nəticədə polislər də güc tətbiq etməklə vətəndaşı maşına otuzdurmağa çalışır. Bu zaman bir neçə bina sakini polislərin başına zibil və digər əşyaları atmağa başlayırlar…

Polisin bugünki əməliyyatını qınayanlara bina sakinlərinin davranışlarını yenidən izləmələrini məsləhət görürük!

Bu gün onların zibil atmalarına güzəşt edilsə, səhər polisə zibil yox, başqa şeylər atacaqlar. Ona görə dövlət məmurlarına, ölkənin daxili təhlükləsizliyini qoruyan şəxslərə qarşı bu davranışa sərt reaksiya verilməsi təəccüb doğurmamalıdır.

Hüquq-mühafizə orqanlarının bu hadisə ilə bağlı yumşaq davranışının ciddi nəticələri ola bilərdi. Belə tərbiyyəsizlərə qarşı ən ağır cəza forması tətbiq olunmalıdır!

Polisin vəzifəsi vətəndaşı qorumaqdır! Bizim Polisimiz həmişə bunu bacarıb, ötən gün də bacardı. Hörmətsizlik edənlərin isə cəzası ən ağır formada verilməlidir! Azərbaycan vətəndaşı öz polisi ilə fərx edir! Bundan sonra da edəcək! Heç bir təxribatçı qüvvə, heç bir xarici təsir vətəndaşın polisinə olan hörmətini, sevgisini azalda bilməz!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR