Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq – RƏSMİ
Bu ilin 1 iyul tarixinə qədər Azərbaycanın hava limanları müntəzəm sərnişin reysləri üçün bağlı qalacaq.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytına istinadən xəbər verir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlı qalma müddətini iyunun 15-nə qədər uzatmışdı.
Yalnız iyunun 8-dən sonra Naxçıvana uçuşların bərpası planlaşdırılır.