Prezident Ağdamda hərbi hissədə olub
![](https://agsaqqallar.com/wp-content/uploads/2020/06/ad81ebc7-968f-4ae4-9d32-cb5ccb720f3c.jpg)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.