Rusiyadan Azərbaycana reyslər bu tarixdən açılacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Rusiyada beynəlxalq reyslərin bərpa olunma tarixi avqusta təyin edilib.

Rusiyanın “Aeroflot” Hava Yolları şirkətindən verilən məlumata görə, Rusiyaya getmək və ya oradan gəlmək istəyən Azərbaycan vətəndaşları bunu yalnız avqustun 1-dən etibarən edə bilər. “Bütün beynəlxalq reyslər yalnız bu ilin avqust ayından etibarən bərpa ediləcək. Hazırda yalnız daxili reyslərə icazə verilir. Əlbətdə ki, koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsi və karantin rejiminin yenidən tətbiq edilməsi durumunda uçuşlar yenidən ləğv edilə bilər. Bu halda bilet üçün ödənilən pul müştərilərimizə geri qaytarılacaq”, – deyə “Aeroflot”dan bildirilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR