Yeni inkişaf mərhələsi: İslahatların vəd etdiyi böyük uğurlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan 2019-cu ilin əvvəlindən müstəqillik tariximizin ən geniş və əhəmiyyətli islahatlar mərhələsinə qədəm qoyub. Bu islahat kursu həm dövlət idarəçiliyinin təkmilləşdirilməsini, həm də kadr potensiyalının yaxşılaşdırılmasını hədəfləyir.

Əlbəttə ki, ölkə başçısının start verdiyi islahat proqramının əsas amalı vətəndaşların sosial rifahının yüksəldilməsi, peşəkarlığın artırılması, dövlət qurumlarında şəbəkələşmiş korrupsiyaya və rüşvətə meyilli məmur təbəqəsinin idarəçilikdən uzaqlaşdırılmasıdır.

Dövlət başçısı ötən müddət ərzində məmurlara, yerli icra orqanlarının rəhbərlərinə dəfələrlə xəbərdarlıq etmişdi ki, işlərinə çəki-düzən versinlər. Prezident bu xəbərdarlıqlardan nəticə çıxarmayanların sərt şəkildə cəzalandırılacağını da əvvəlcədən bəyan etmişdi. Bu gün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yerli və mərkəzi icra hakimiyyəti oraqanlarında keçirilən əməliyyatlar da elə həmin xəbərdarlıqlardan irəli gələn hüquqi tədbirlərdir.

DTX-nin əməliyyatları bir çox mətləbləri üzə çıxardı. Görünən o oldu ki, məsuliyyətini dərk etməyən, vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməyə çalışan məmurlar xalqın malına, maaş, pensiya kartlarına, əkin sahələrinə göz tikib, hətta pandemiya dövründə əhaliyə göndərilən yardımları belə mənimsəyəcək qədər mənəviyyatsızlığa yol veriblər.

Keçirilən əməliyyatlar, aparılan həbslər, tətbiq olunan cəza təbirləri, sözsüz ki, kampaniya xarakterli deyil. Bu, Cənab Prezidentin idarəçilik prinsiplərindən və söykəndiyi dəyərlər sistemindən irəli gələn genişmiqyaslı mübarizə tədbirləridir.

Kadr və skturuktur islahatları da özünün müsbət nəticələrini göstərməkdədir. Vətəndaş görür ki, Prezident xalqa verdiyi sözü tutur, rüşvətxor, korrupsiyaner məmurları bir-bir cəzalandırır, işində nöqsanları olan məmurları vəzifəsindən azad edir və idarəçiliyə gənc, işgüzar və enerjili kadrları cəlb edir. Bu isə heç şübhəsiz ki, ölkə vətəndaşları tərəfindən də yüksək qiymətləndirilir, Prezidentə inamı daha da artırır. Aparılan rəy sorğuları da ölkə başçısının atdığı addımların xalq tərəfindən yektilliklə dəstəkləndiyini deməyə əsas verir.

Ölkədə aparılan islahatlar, korrupsiyaya bulaşmış məmurların sərt şəkildə cəzalandırılması bir həqiqəti orta qoyur: Bu ölkədə korrupsiyaya, rüşvətə, məmur özbaşınalığına yer yoxdur! Artıq Azərbaycan vətəndaşı ölkənin heç bir bölgəsində insanların maaş kartını alıb iş otağında saxlayan, pulunu mənimsəyən, əkin sahələrini qanunsuz yollarla ələ keçirən, əhaliyə sosial yardımla bağlı problemlər yaradan və bu kimi digər neqativ hallara yol verən məmurlarla rastlaşmayacaq. Xalqa ancaq işləmək, ölkənin inkişafına töhfə vermək həvəsində olan, dövlətə və xalqa bağlılığı ilə seçilən enerji dolu gənclər xidmət edəcək.

Əmin olun: Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha sürətlə inkişaf edəcək. Gəlin böyük QƏLƏBƏLƏRƏ doğru birgə addımlayaq!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR