İlqar Yusibov:”Prezidentimiz bütün mühüm amilləri nəzərə alaraq tez bir zamanda ölkəmizi qorumağı bacardı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Böyük rus yazıçısı və həkimi A. Çexov deyir ki, həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir. 

Müsahibim “Xəzər” Klinikasının baş həkimi, Tibb üzrə fəlsəfə doktoru İlqar Yusibovdur:

  • Bəşəriyyət və həkimlər.. Bəşəriyyətin ən ağır yükünü çəkən, sağlamlığın ayıq-sayiq keşikçiləri həkimlərimizin karantin dövründə baxış bucaqları necədir?
  • Bu gün bütün dünya pandemiya təhlükəsi ilə üz-üzədir. Karantin başlayan gündən biz Xəzər Klinikası ailəsi olaraq özümüzü səfərbər etdik, dövlətimizlə birgəyik hər zaman. Evdə qal!-aksiyası çərçivəsində sosial şəbəkələr, saytlarda maarifləndirmə işi ilə yanaşı, klinikamıza müraciət edən xəstələrlə də maarifləndici söhbətlər apardıq. Tövsiyyəmiz bu oldu ki, pandemiyanın yayılmasının qarşısını almaq üçün insanlar ilk növbədə izolyasiya olunmalıdırlar. Bunun üçün ən optimal variant evdə qalmaqdır. Şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir.  Əllərin yaxşı ovuşdurmaqla sabunla yuyulması, dezinfeksiyaedici məhlullardan sıx istifadə etmək, qoruyucu tibbi maska taxmaq zəruridir. Təbii bir şeydir ki, sadə insanların görmədiklərini həkim daha yaxşı görür və bütün gərgin hadisələrə yüksək həssaslıqla və məsulliyyətlə yanaşır. Və narahatçılıq keçirir. Bəzi insanlar nə qədər məsulliyyətlidirlərsə, bəziləri bir o qədər əksinədir. Və bu da həm dövlətə, həm də həkimlərə ciddi problem yaradır.
  • İnsan yaradılışından başlayaraq müxtəlif xəstəliklər özlərinə tarix yaza biliblər. Koronavirus kimi…
  • Bəli! Bəşəriyət tarixində müxtəlif epidemiologiyalı pandemiyalara bir neçə dəfə rast gəlinib və tarix onun ağır nəticələrini görüb. Tarixin bütün etaplarında mütləq hakim bir xəstəlik olub ki, onlardan birini də indi bir çox dünya ölkələri yaşayır. Hazırda dünyanı lərzəyə salan COVİD-19 virusu da 200-ə yaxın ölkəyə yayılıb. Yüksək virulentliyə malik olduğu üçün insanların həyatında böyük təhlükə yaradır. Xəstəlik insanların ağ ciyərlərinin alveollarını zədələyərək fibrozlaşdırır, kəskin tənəffüs çatışmazlığına səbəb olur. Xəstəlik yüksək hərarət, quru öskürək, halsızlıq, bəzi hallarda ürəkbulanma və qarın işləməsi, nəfəs darlığı simptomları ilə müşahidə olunur. Bu ciddi və təhlükəli bir virus olduğu üçün möhtərəm prezidentimiz tez bir zamanda bütün mühüm amilləri nəzərə alaraq ölkəmizi qorumağı bacardı. Azərbaycan ən az zərərgörmüş ölkələrdən biri oldu. Əğər bütün lazımi tədbirlər həyata keçirilməsə idi, karantin rejimində bütün qurumlar öz vəzifələrini ciddi-cəhdlə, məsulliyyətlə yerinə yetirməsələr idi, vəziyyət çox acınacaqlı olacaqdı. Bu vəziyyətdə ən böyük yük ilk növbədə ölkə başçımızın, sonra isə həkimlər və polislərin çiyinlərinə düşdü.
  • Rus infeksionisti, akademik A.F. Bilibin deyir ki, həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır…
  • Bəli! Doğrudur! Biz həkimlər xəstələri müayinə edərkən ruhumuzu təcrid edir, xəstələrin ruh halını yaşamağa çalışırıq. Çünki bu zaman xəstəni və xəstəliyi oxumaq daha asan olur. Sanki ruhumuzla xəstə ilə ilahinin təmasını qururuq. Çünki həkimlər yaxşı bilirlər ki, həkim əlləri şəfanı Tanrıdan alıb xəstənin bədəninə ötürərək sağaldırlar. Burda fəlsəfi izahın ilahi mənşəli açıqlaması var. Dini fəzilət, tibb və inanc.. Bunlar mühüm amillərdir.
  • İlqar həkim əlinə cərrah bıçağı alarkən ilk düşüncəsi nə olur?
  • Mən cərrahlıqdan öncə duyğulu bir insanam. Həyata dərrakəli baxışımın içində bir poetik duyğu da var ki, hər zaman dəniz yosunu kimi dalğalanır, məni yaxşı düşüncələrə tutunmağa və gördüyüm işin sonunun mütləq yaxşı olacağına inandırır. Siz bayaq Bilibindən sitat gətirdiz. Bu dahi həkimin başqa bir yaxşı kəlamı da var. Deyir ki, maşın tez, dəqiq işləyə bilər, lakin maşından müdriklik gözləmək olmaz. Bu keyfiyyət yalnız insana məxsusdur.
  • Hazırcavab və sevimli həkimimiz karantin günlərində sevdiyi şeriyyətdən uzaq düşmədi ki?
  • (gülümsəyir) Xeyr! Əksinə! İnsanları ağır virusa yoluxduğunu görmək Allaha olan dua sayını, dilək sayını artırdı. İnayət istədik poetik dillə. İnsanların sağlamlığı, ötən xoş günlərimiz şeriyyətə çevrildi hər kəsdən gizlətdiyim şeir dəftərimdə. Duyğuların kövrək notla dinməsi, sükutlu bir gecədə həzin yağışın yarpaqdan süzülən göz yaşına bənzəməsi qədər kədərli idi.
  • Bir həkim kimi insanlara nə demək istərdiz?
  • Bu gün Azərbaycan başqa ölkələr kimi ağır dönəm keçirir. Bu da hər bir vətəndaşın qarşısına daha məsuliyyətli olmaq tələbini qoyur. Hamıya məlumdur ki, möhtərəm prezidentimiz vətənimizin insanlarını qorumaq üçün bütün məsuliyyəti ilə özünü səfərbər etdi və bizləri qorumağa çalışdı. Bizim də borcumuzdur ki, vətəndaş təəsübkeşliyi ilə dövlətimizə dəstək olaq. Məsuliyyəti dərk edək, qoyulan qaydalara əməl edək. Bu təkcə bizim üçün deyil, övladlarımızın gələcəyi üçün lazımdı. Sağlam Azərbaycanın sağlam vətəndaşı olsun deyə! Ölkəmizdə karantin dövründə dövlət vətəndaşın rifahı üçün məqbul olan sosial layihələr həyata keçirdi və hal-hazırda da davam etməkdədir. Xəstələr, ahıllar, aztəminatlılar dövlət qayğısından kənar qalmadılar. İnsanlara sözüm odur ki, məsuliyyətli olsunlar! Qaydalara əməl etsinlər! Nəzərə almaq lazımdır ki, sağlamlıq hər şeydən önəmlidir. Çətin günlər müvəqqətidir. Şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir. Hər kəs özünün həkimi olmalıdır!
  • Maraqlı müsahibəyə görə sağ olun, doktor. Arzu edirəm ki, gələcək söhbətimiz belə ağrılı anlardan deyil, müjdəli anlardan olsun..
  • Amin!

Şərafət Şəfa,

Ağsaqqallar.az

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR