Prezident İlham Əliyevdən yeni TƏYİNAT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tural Qüdrət oğlu Piriyevi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edib.
Prezident bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilsin”.