“Bakının bütün rayonlarında sistemli və nizamlı iş apardıq” – Ramin Əhmədov aksiyadan danışdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Missiya.Az-ın keçirdiyi sosial aksiya başa çatdı – 2500 ailə yardım paylanıldı

Missiya.Az saytının martın 21-dən başladığı genişmiqyaslı sosial aksiya başa çatıb.

Bu barədə açıqlama verən aksiyanın təşkilatçısı, Missiya.Az İnformasiya Portalının təsisçisi Ramin Əhmədov aksiyanın gedişatından və hədəflərindən danışıb.

“Biz bu aksiyaya bilavasitə Prezident İlham Əliyevin çağırışlarına əsaslanaraq başladıq” deyən R.Əhmədov təşkil etdikləri aksiyanın dövlətin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıdığını bildirib: “Həssas təbəqənin, aztəminatlı ailələrin, ahıl vətəndaşlarımızın qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Biz aksiyanı dövlətimizin koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək vermək üçün başlamışıq. Əlbəttə, bu kimi aksiyalar dövlətin koronavirusla mübarizə yönündə atdığı addımlarla, sosial mahiyyətli proqramlarla müqayisə belə oluna bilməz. Dövlət, yaranmış situasiyada zəruzi olan bütün tədbirləri həyata keçirdi və bu proses davam etməkdədir. Ölkə başçısı son 2 ayda əhalinin sağlamlığının qorunması üçün milyonlarla vəsait ayırıb, yeni modul tipli xəstəxanaların tikintisi ilə bağlı sərəncam imzalayıb, Koronavirusla Mübarizəyə Yardım Fondu yaradıb. Xəsətələrlə təmasda olan tibb işçilərinin məvacibi 3-5 dəfə artırlıb, aztəminatlı ailələrə birtəfəlik ödənişlər verilib. Bir sözlə, Prezident İlham Əliyev koronavirusla mübarizənin Azərbaycan modelini dünyaya nümayiş etdirib. Bizim borcumuz dövlətin atdığı addımlara dəstək vermək idi ki, bunun üçün də məhz sosial aksiya keçirməyi qərarlaşdırdıq”.

R.Əhmədov qeyd edib ki, aksiya ümumilikdə 2500 ünvanı əhatə etməklə 50 gün davam edib: “Biz əvvəlcə aksiyanı bir neçə gün davam etdirmək niyyətindəydik. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin müddətini uzatdıqdan sonra biz də aksiyanı əvvəlcədən elan etdiyimiz kimi aprelin 27-də başa çatdırmamağı qərara aldıq. Aksiyanın gedişatında Qaynar Xətt yaradaraq payladığımız ərzaq sovqatlarından daha çox insanın faydalanmasını istədik. Nömrələrimizə hər gün onlarla zəng daxil oldu və onların hər birinə diqqətlə yanaşaraq müraciətləri operativ şəkildə təmin etdik. Bununla paralel olaraq ayrı-ayrı qurumlarla da birgə aksiyalar təşkil etdik. Əməkdaşlarımız 50 günlük müddət ərzində Bakının demək olar ki, bütün rayonlarında sistemli və nizamlı şəkildə iş apardılar. Ünvanlar bir-birindən xeyli uzaqda olsa da mobil qruplarımız gün ərzində böyük məsafələr qət edib müraciətlərin hamısını təmin edirdilər. Beləcə əvvəlcə 500, sonra 1000 ailəni hədəfləyən aksiya son nəticədə 2500 ünvanı əhatə etmiş oldu. Əlbəttə, çox çətin və böyük məsuliyyət tələb edən prosesdir. Lakin ortada dövlətin adı, Prezidentimizin çağırışları varsa, bütün işlərin öhdəsindən böyük həvəs və ruh-yüksəkliyi ilə gəlmək olur. Sevinirik ki, dövlətimizin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərə zərrə qədər də olsa dəstək vermiş olduq. Həmişə Dövlətimizin və Prezidentimizin xidmətindəyik. Bu, bizim üçün şərəf məsələsidir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR