Ramin Əhmədov:”Xalqın xilaskarını məhəbbətlə anırıq”
Zaman keçdikcə biz bu gerçəkliyi daha aydın şəkildə dərk edirik
Ümummilli Liderin hakimiyyəti illərində Azərbaycan təhlükəsizliyin, iqtisadi rifahın və ictimai-siyasi sabitliyin təminat mərkəzi idi. Ulu Öndər Heydər Əliyev mürəkkəb tarixi şəraitdə qəbul etdiyi prinsipial qərarlarla Azərbaycanı zülmətin caynağından alıb işıqlı sabahlara aparan yola istiqamətləndirib. Bu böyük insan qısa müddət ərzində ölkəni böyük hədəflərə çatdırdı. Dünənə qədər mövcudluğunu itirmək təhlükəsi yaşayan ölkə nəhəng transmilli layihələrin əsas iştirakçısına çevrildi. Az bir müddətdə Orduda genişmiqyaslı islahatlar aparıldı. Ökədəki ictimai-siyasi proseslərin tənzimlənməsi ilə yanaşı, xarici siyasətdə də böyük uğurlar əldə edildi.
15 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Çünki xalq həmin tarixdə öz xilaskarına qovuşdu. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə iyunun 15-də Naxçıvandan Bakıya gəldi və ölkəmizi qardaş qırğınından, xaosdan xilas etdi. Heydər Əliyev Bakıya gələndə xalq artıq yorulmuşdu, qan ağlayırdı, imdad diləyirdi, mübarizəyə gücü qalmamışdı. Ümummili Lider vətəndaşın imdadına yetdi, ona yeni ruh verdi. Ulu öndər Azərbaycanı parçalanmaqdan, müstəqilliyini, bayrağını itirməkdən xilas etdi.Heydər Əliyev Bakıya gələnə ölkədə hərcmərcilik hökm sürüb. Həmin dövrdə yerindən duran 10-15 cinayətkarı ətrafına toplayıb özünü siyasətçi, lider elan edirdi. Sərhədlərimizdəki təhlükəsizlik sıfır səviyyədə idi. Şimalda, cənubda və qərbdə müxtəlif xarici qüvvələr öz siyasi təsirlərini artırırdılar. Nəticədə isə Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalırdı.
1993-cü ilin iyununa qədər ölkənin hüquq-məhkəmə sistemində, idarəetmədə tam bir intizamsızlıq müşahidə olunub. Cinayət hadisələri baş alıb gedirdi. Qanunsuz silahlı birləşmələr ölkənin hər yerində at oynadırdılar. Nə məhkəmə var idi, nə də səni müdafiə edə biləcək gücdə olan hüquq-mühafizə sistemi. O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Gəncədə Sürət Hüseynovun qiyama qalxması ilə isə ölkədə vətəndaş qarşıdurmasının təməli qoyuldu. Xaos günü-gündən dərinləşdi, ölkə tamamilə idarəolunmaz hala gəldi. İnsanlar günlərlə çörək, şəkər, un növbəsində dayanırdılar. Oğurluq halları pik həddəçatmışdı. Ölkədə iqtisadi vəziyyət o qədər bərbad idi ki, günün günorta çağı küçənin ortasında adam soyurdular. Bir sözlə, Azərbaycan uçurumun bir addımlığına gətirilmişdi.
O zaman xalq Heydər Əliyevi Bakıya çağırmasaydı, Azərbaycan dövlət kimi mövcudluğunu da itirəcəkdi. Heydər Əliyev doğrudan da Azərbaycanı xilas etdi.
Ulu Öndərin qoyduğu ideoloji, iqtisadi və siyasi xətt indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq. Biz buna əminik və bu yolda Prezidentimizlə birgə addımlamaqdan şərəf duyuruq.

Ulu Öndəri məhəbbətlə anırıq!
Ramin Əhmədov,
YAP Nizami rayon Təşkilatının sədr müavini