Ramin Əhmədovun təşkil etdiyi aksiya davam edir
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Ramin Ahmedov karantin başlayandan #evdəqal -biz sizə gələrik!- aksiyası çərçivəsində Bakıda və şimal-qərb rayonlarında 1000-ə yaxın aztəminatlı ailəyə, tənha ahıllara və şuranın üzvlərinə ərzaq yardımı edib.
Qeyd edək ki, Ramin Əhmədov YAP Nizami rayon Təşkilatının sədr müavinidir.
O, 2005-ci ildən dövlətəhəmiyyətli və sosialyönümlü layihələr həyata keçirir.
Koronavirus pandemiyası başlayan gündən R. Əhmədov özünü və əməkdaşları dövlətə dəstək üçün səfərbər edib. Yardımla əlaqədar Qaynar xətt yaradılıb, 24 saat fəaliyyət göstərməkdədir.
Aksiya hələ də davam edir. Hal-hazırda əməkdaşlar sabah üçün hazırlıq görürlər. Aksiya Yasamal rayon ərazisində keçiriləcək. Aztəminatlı ailələrə ərzaq yardımı paylanacaq.