" />

Genişmiqyaslı sosial aksiya Bakının müxtəlif rayonlarında davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru  Ramin Əhmədovun təşkilatçılığı ilə keçirilən  genişmiqyaslı sosial aksiya Bakının müxtəlif rayonlarında davam edir.  Qəzetin və Missiya.Az saytının əməkdaşları bu gün də Bakının müxtəlif rayonlarından Qaynar Xəttə daxil olan müraciətlər əsasında ərzaq sovqatı paylayıblar.

Ramin Əhmədov Facebook sosial şəbəkəsində öz səhifəsində paylaşım edərək bildirib ki, bu gün ölkədə nümayiş olunan milli həmrəylik və birlik nümunələri bilavasitə dövlət başçısının çağırışlarının nəticəsidir. Həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevin xalqa hər səslənişi, ölkə əhalisində ruh yüksəkliyi yaratdı. Hər bir vətəndaş anladı ki, bu mübarizədə tək deyil – Dövlət var, Prezidentimiz var! Odur ki, bütün təşəkkürlər möhtərəm cənab Prezidentimizə düşür.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR