Ramin Əhmədov: Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Bu gün Azərbaycan gəncliyi dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlardan bəhrələnərək, ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəallıqla iştirak edirlər”.

Bu sözləri YAP Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Agsaqqallar.az saytına açıqlamasında deyib. Bu barədə fəxrlə danışan YAP rəsmisi onu da qeyd edib ki, gənclər Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında daha fəaldırlar. Tarixə bağlılığın mühüm amil olmasından bəhs edən R. Əhmədovun sözlərinə görə, bu gün  gənclərimiz ölkədaxili fəaliyyətlə kifayətlənmir, ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir.

“Azərbaycan gəncləri unutmurlar ki, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olublar. Ölkə başçısının gənclərlə hər dəfə görüşündəki çıxışının hər bir cümləsi səmimiyyət, milli birliyə çağırış, gələcəyə və gəncliyə böyük inam üzərində qurulmuşdu. Bunun nəticəsidir ki, gənclərimiz dövlət tərəfindən yaradılan əlverişli imkanlardan bəhrələnərək böyük uğurlara imza atırlar. Gənclərimiz görürlər ki, cənab Prezident onların təhsilli və təminatlı olması, yeni dövrün çağırışlarına cavab verəcək intellektə yiyələnmələri üçün bütün zəruri tədbirləri görür, xüsusi istedadı ilə seçilənlərə hərtərəfli dəstəyini əsirgəmir. Bunun da nəticəsidir ki, gənclərimiz bu gün Azərbaycanı beynəlxalq yarışlarda, olimpiadalarda, sərgilərdə, beynəlxalq təşkilatlarda uğurla təmsil edir və bayrağımızı həmişə uca tuturlar. Biz də gəncliyimizlə qürur duyuruq!”-deyə YAP yetkilisi R. Əhmədov bildirmişdir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR