“XƏZƏR” KLİNİKASININ BAŞ HƏKİMİ, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU İLQAR YUSUBOVUN SÖZ XƏZİNƏSİNDƏN

Yazı fontunu küçültür Yazı fontunu büyütür

     

İNCƏ RUHLU ŞAİRİN SÖZ DƏRYASINDAN BİR DAMLA

Deyir, əgər gözəl gözlərinin olmasını istəyirsənsə, insanlara yaxşılıqla bax. Əgər saçların gözəl olsun istəyirsənsə, qoy uşaqlar əllərini keçirsin saçlarından. İncə bir qəlb istəyirsənsə, çörəyini  bölüş həmişə. Və gözəl ağıza sahib olmaq istəyirsənsə, gözəl sözlər söylə. Vətəndaş olmaq istəyirsənsə Vətən daşını bağrına bas… İlqar həkim kimi..

Xatırlayın Laçını, xatırlayın elləri…

Hər ildə bir anmayın,
Gündə yüz yada salın
Vətənsiz ölən canı
Vətəndə oda salın !
Demirəm xatırlayın
Təsəlli, çarə kimi.
Xatırlayın Şuşanı
Göynəyən yara kimi,

Bəsdir! dərd əzizlədik.
Bəsdir! qəlbi bizlədik
Gör nə qədər gözlədik
Gözləyək hara kimi?
Xatırlayın Laçını,
Xatırlayın Şuşanı
Göynəyən yara kimi
Hər oğul silahlansın !
Hər kişi sərkər olsun.!
Vətən dursun ayağa !
Hamı səfərbər olsun!

Orda-Qarabağımda
Bərə -bəndimiz qalıb.
Oda-ocağa həsrət,
Necə kəndimiz qalıb.

Bitməyibdir bu savaş
Qoy İrəvan da bilsin.
İkili söz oynadan
Corcla İvan da bilsin.

Qoy bilsin ki vətənsiz
Boğaz yığmış candayam.
İçimdən ölüm yağır,
Ölümdən o yandayam!

Xatırlayın Şuşanı, xatırlayın Lacını
Qubadlı ,Kəlbəcəri
Adları dil yandıran
Əsir qalmış elləri…….,
Əsir qalmış kimleri…….,
Əsir qalmış nələri……..

                      ***

Dərman da gözəldi, dərd də gözəldi!!!

Ov olan,bərədə ova tələsən,
Quzu da gözəldi,qurd da gözəldi!
Babası uyuyan,nəvəsi gəzən,
Qəbir də gözəldi,yurd da gözəldi!

Arif tez anladar tersə düzünü,
Catar qaşlarını, qıyar gözünü,
Nahaqqa deyərkən haqqın sözünü,
Yumşaq da gözəldi, sərt də gözəldi!

Dövran yata qala,ömür getməyə
Kama yetişmədən istək bitməyə.
Bir eşq xəstəsinə məlhəm etməyə,
Dərman da gözəldi, dərd də gözəldi!

Naşılıq yelləri başda əsəndə
Kəc oğul bəxtini salanda fəndə,
Övlada cəzanı ata kesende.
Fərman da gözəldi, şərt də gözəldi!

İlqar, saf könülə nurdan xəyal ver,
Zəher göndərənə pətəkli bal ver,
Quyu axtarana zirvə ver, yal ver ,
Dostu üç sınama ,dörd də gözəldir !!!

***

O gündən bəri..

Ülvi duyğularım qırıldı bənd-bənd,
Çapdı xəyalımı ağ at, göy səmənd.
Yolumu gözlədi getmədiyim kənd,
Şəhərə gəldiyim o gündən bəri .

Başımda yüz yana əsdi küləklər
Yapışdı yaxamdan həzin qəm -kədər,
Yatanda kənd gördüm,duranda şəhər,
Şəhərə gəldiyim o gündən bəri.

Gah yelə,gah qara, sazağa düşdüm
Yeridim tələyə ,tuzağa düşdüm.
Sevginin ilkindən uzağa düşdüm
Şəhərə gəldiyim o gündən bəri.

Buludlar boşaldı,kükrədi caylar
İlləri seyrəltdi həftələr,aylar
İçimdə bir ana ,”oğul” haraylar
Şəhərə gəldiyim o gündən bəri.

Arzular cığırın daşında qaldı
Vədələr bulağın başında qaldı,
Bir oğlan 17 yaşında qaldı
Şəhərə gəldiyim o gündən bəri.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR