" />

Sonsuzluğa son qoyan həkim

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Tanınmış androloq-Ağa Ağazadə “Həkimə Sual” layihəmizə geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik.
Qeyd. Doktor Ağa Ağazadə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmişdir. 2009-2011 cu illərdə N saylı H/h-nin tibb xidmət rəisi vəzifəsində çalışmışdır.2011-2015-ci illərdə Masallı Rayon Mərkəzi xəstəxanasında Androloq vəzifəsində çalışmış bu ərəfədə (2013-2014) Türkiyə Cumhuriyyəti Samsun 19 Mayıs Universitetində Urologiya şöbəsində Andrologiya üzrə təkmilləşmə kursu keçmişdir. Kişi sonsuzluğunun yaranma səbəbləri və müasir müalicə üsulları, kişilərdə cinsi aktın yaranma mexanizmi , cinsi zəiflik, yaranma səbəbləri və müalicə üsulları, erkən boşalmanın yaranma səbəbləri və müasir müalicə üsulları, Peyroni xəstəliyi,yaranma səbəbləri və müalicə üsulları,priapizm xəstəliyi,qadınlarda cinsi marağın (libido) azalması və ya itməsi,orqazm problemləri və müasir müalicə üsulları barədə seminarlar hazırlamış və çıxış etmişdir. 2015-ci ildən HAYAT Clinic-də Uroloq-Androloq vəzifəsində çalışır.
-Sizi necə təqdim etməyimizi istərdiniz? Kimdir Ağa doktor?
-İxtisası həkim olan sadə bir vətəndaş .
-Həkimlik peşəsi istedad tələb edir, yoxsa futbolçu olmaqmı?
-Həm həkimlik ,həm futbol istedad tələb edir.İkisindədə düşünməlisən tez qərar verməlisən və doğru addım atdığına əmin olmalısan.Zamanında seçim etməli idim və həkim olmağı qərara aldım.
Sizcə ATU sizi həkim olaraq yetişdirə bilibmi?
-Provokativ sualdır))ATU mənə təhsil verib.Yəni bizim dövrdə oxumaq istəyəni öyrədirdilər.Lakin xaricdə təhsil mütləqdir.
Demək istəyirsiniz ki, indi öyrətmirlər?
-Yox sadəcə əvvəlki kimi deyil. Oxuyana hər yerdə yer var. O zamandan asılı deyil.
-O zaman özəl olan Beynəlxalq Universitet vardı və tibb fakültəsi. Sizcə oranı bitirənlərə ATU-nu bitirənin fərqi nədir?
-Bəli oranı bitirənlər seçilirlər. Ora qəbul çox asan idi. Amma istisna olan tələbələr olub. Oxuyublar və öz üzərlərində çalışaraq təkmilləşiblər. 
Sizə baxıram, futbolu xatırlayıram. Bu sualı verməsəm olmaz. Bir daha peşənizi seçsəydiniz həkim yoxsa futbolçu? 
-Yenə həkimliyi seçərdim. Çünki mən futboldan öncə güləşçi olmuşam. Yəni idman həyat tərzidir peşə deyil mənim üçün.
-Doktor çaşqınlıq yarandı..)) güləşçi, futbolçu Dr Ağa..??
-Hər kəsin bir hobbisi var mənim də idmandır.
O zaman güləş deməyəcəyəm, futbol həyatınızın neçə faizini təşkil edir və nə deməkdir sizin üçün?
-Cəmiyyətimizdə belə bir düşüncə var ki, həkim hara, idman hara filan şey hara. Yəni həkim həmişə cəmiyyətin gözündə qalstuk taxan,özünü rəsmi bir insan kimi formalaşdırıb. Xatırladım ki, İslandiya Milli Komandasının 5 futbolçusu həkimdir və dünya çempionatında oynadıqları futbolu hər kəs gördü. Futbol mənim hobbimdir və həyat tərzimdir. İşin zehni yorğunluğunu futbolla bərpa edirəm və futbol mənə yaxşı dostlar qazandırıb işimə və ya özümə hər hansısa ziyanı dəyməyib.
-Jurnalistləri dindirsək tibb sahəsini pisləyəcəklər. Eləcə də həkimlər jurnalistlərdən gileylənirlər. Bu maraqlı tendensiyadır. Sizcə tibbdə xoşagəlməyən şeylər azdırmı?
-Hər sahədə olduğu kimi həkimlərin də içində işini bilməyən və xəstələrə ziyan verənlər var. Bu mənada, jurnalistlər,eləcədə digər peşə sahiblərinin içərisində hamısı işini bilən, vicdanla yerinə yetirəndir demək düz deyil.
-Yəqin  ziyan verən həkimlər ABU-nu bitirənlərdir...
-İstisnaları çıxaq, Günay xanım…
-Diaqnoz qoyulmasında səhviniz olubmu?
-Diaqnoz qoymaqda olmayıb. Lakin bəzən kolleqalarla müzakirə olunası məqamlar olur ki, bir-birimizlə müzakirə aparırıq.
Niyə məhz androloq?
-Andrologiya niyələri çox olan sahədir. Yəni hər bir androloji xəstəliyi molekulyar səviyyədə araşdırmalısan və mən niyələri sevən biriyəm.
-O zaman niyə doktor bizim kişilərimiz androloji müayinə deyəndə çəkinirlər?
-Bu sahədə artıq irəliləmişik. Deyərdim ki, artıq müraciət artıb.
-Hansı infeksiyalar evlilik öncəsi xüsusilə təhlükəlidir?
-İnfeksiyaların bir neçəsini çıxmaqla əksəriyyəti yoluxduqdan sonra ,cinsi problemlərə yol açır. Ona görə də evlilik öncəsi ilkin olaraq androloji müayinə aparıb, hansı infeksiyaların yoxlanılması lazım olduğuna qərar veririk.
Ümumiyyətlə cinsi zəiflik yaşayan xəstələrlə bağlı qida rasionu necə olmalıdır?
-Cinsi zəifliyi olan kişilərdə qida rasionunda, meyvə-tərəvəzlərdən çox istifadə edilməsini, aktiv həyat tərzi keçirməsini (idman və.s) həmişə tövsiyyə edirik.
Kişi sonsuzluğunu yaradan əsas səbəblər hansılardır?
-Kişi sonsuzluğunun səbəbləri çoxdur (Varikosele, hormonal, infeksiyalar, Genetik və.s). Müalicə olunan və müalicəsi mümkün olmayan səbəblər var. Ona görə də vurğuladığım kimi, ətraflı və düzgün müayinə olunmaq mütləqdir.
Sonsuzluq nədir açıqlaması varmı?
-Sonsuzluq yeni qurulan ailədə bir il ərzində requlyator və qorunmasız cinsi əlaqədə olmalarına baxmayaraq, hamiləlik baş tutmursa bu sonsuzluq sayılır. 35 yaşdan yuxarı cütlüklərdə isə bu müddət 6 aydır.
Yaxşı həkim olmağın düsturu nədir?
-Daimi oxumaq+Səbr+Xarakter+Vicdan+Pasiyent məmnunluğu=Yaxşı həkim.
n sonda oxucularımıza arzularınız…
-Səbrli olub axıra qədər oxuduqları üçün onlara minnətdaram və kompleksdən uzaq, pozitiv həyat tərzi arzu edirəm.
Günay İman,
ağsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR