Ramin Əhmədov: “Ulu öndər Azərbaycanı parçalanmaqdan, müstəqilliyini, bayrağını itirməkdən xilas etdi”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

15 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Çünki xalq həmin tarixdə öz xilaskarına qovuşdu. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə iyunun 15-də Naxçıvandan Bakıya gəldi və ölkəmizi qardaş qırğınından, xaosdan xilas etdi. Heydər Əliyev Bakıya gələndə xalq artıq yorulmuşdu, qan ağlayırdı, imdad diləyirdi, mübarizəyə gücü qalmamışdı. Ümummili Lider vətəndaşın imdadına yetdi, ona yeni ruh verdi.

Ulu öndər Azərbaycanı parçalanmaqdan, müstəqilliyini, bayrağını itirməkdən xilas etdi. Ulu Öndər Heydər Əliyev mürəkkəb tarixi şəraitdə qəbul etdiyi prinsipial qərarlarla Azərbaycanı zülmətin caynağından alıb işıqlı sabahlara aparan yola istiqamətləndirib:Bu böyük insan qısa müddət ərzində ölkəni böyük hədəflərə çatdırdı. Dünənə qədər mövcudluğunu itirmək təhlükəsi yaşayan ölkə nəhəng transmilli layihələrin əsas iştirakçısına çevrildi. Az bir müddətdə Orduda genişmiqyaslı islahatlar aparıldı. Ökədəki ictimai-siyasi proseslərin tənzimlənməsi ilə yanaşı, xarici siyasətdə də böyük uğurlar əldə edildi. Ulu Öndərin qoyduğu ideoloji, iqtisadi və siyasi xətt indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq. Biz buna əminik və bu yolda Prezidentimizlə birgə addımlamaqdan şərəf duyuruq.

 

Ramin Əhmədov,

“Türk düyası ağsaqqalları” qəzetinin baş redaktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR