Nəsimi rayon Ağsaqqallar Şurasına yeni sədr təyin edildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

1 may  2019-cu il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin akt zalında Nəsimi rayon Ağsaqqallar şurasının  növbəti Hesabat- Seçki konransı keçirilib.

Konfransı giriş sözü ilə açan Nəsimi rayon İcra hkimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara  və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan danışaraq natiq qeyd etdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində bu qəbildən olan insanların fəaliyyəti danılmazdır.

Konfransda çıxış edən YAP  Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Respublika Ağsaqqallar şurasının aparat rəhbəri Yaqub Mehdiyev və Respublika Ağsaqqallar şurasının İdarə heyətinin üzvü Qəzənfər Paşayev respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açdılar. Qeyd olundu ki, ölkəmizdə ahıl vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb.

Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Nəsimi rayon Ağsaqqallar şurasının 11 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.

Səsvermə nəticəsində Aydın Heydərov Nəsimi rayon Ağsaqqallar şurasının  sədri seçilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR