" />

Ağsaqqallar Şurasının rəsmiləri Pirallahıda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirə qatılıblar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Pirallahı rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” başlığı altında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki,  Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir.
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov çıxışında rayon ağsaqqallarına göstərilən dövlət qayğısından danışdı.

Ondan sonra söz alan Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusibov  əvvəlcə, tədbir iştirakçılarına AAŞ-nın sədri, millət vəkili  Fəttah Heydərovun salamlarını çatdırdı. O, bildirdi ki, belə təntənəli tədbirdə çıxış etməyin özü də bir  fəxarətdir. Təəssüf ki, mühüm səbəbdən sədrimiz bu tədbirdə iştirak edə bilmir.

B. Yusibov  Ulu Öndərin müstəqil Azərbaycanın memarı kimi qoyduğu böyük irsdən danışdı.

“Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o, sarsıntı içində olan Azərbaycanı ayağa qaldıraraq, bütün dünyanın diqqətini ölkəmizə yönəltməklə, onun dünya ölkələri arasında layiqli yerini tanıtdı. Ümummilli liderin xilaskarlıq xüsusiyyətlərini qeyd etməklə bitməz. Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına böyük sədaqət bəsləyən bir şəxsiyyət idi. Bu gün onun qurduğu, abadlaşdırdığı səltənət əmin əllərdədir. Heydər Əliyev irsini gənc nəsilə təlqin etmək, öyrətmək Ağsaqqallar Şurasının da ümdə vəzifəsinə çevrilmişdir. Onun yoluyla addımlayan, ağsaqqal sözündən bəhrələnən hər bir gənc bu gün öz yolunu rahat təyin edə bilir, dövlətçiliyə, vətənə xidmətdən qürur duyaraq bizimlə bir addımlayır. Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb.  Ulu öndər Heydər Əliyev ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar və hər zaman Ulu Öndərimizin yanında olublar. Bu gün də ölkəmizin həyatında Azərbaycan ağsaqqallarının mühüm rolu var. Onlar ölkəmizin ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. “-deyə sədr müavini qeyd edib.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili  Rauf Əliyev ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial, siyasi və  iqtisadi siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. “Heydər Əliyev siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təksə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır”.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif  İmanov çıxışında qeyd etdi ki,  Azərbaycanın sosial-iqtisadi inkişafı bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir.   Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Çıxışının sonunda Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanov  rayonda həyata keçirilən sosial layihələr barədə tədbir  iştirakçılarına məlumat verdi.

Tədbirin bədii hissəsi 168 №-li orta məktəbin şagirdlərinin ifasında kompozisiya ilə davam etdirildi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələrinin təqdim olundu.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR