" />

Fəttah Heydərov: “Bu yolda sülh və əminamanlıq, demokratiya var”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 
” Hər il xeyli sayda qonağın Azərbaycana gəlməsi çox sevindiricidir. Dünyada tanınan, yaxşını və pisi ayıran insanların Azərbaycanı real görüb tanımağı daha məqsədə uyğundur”. Bu sözləri Ağsaqqallar.az saytına millət vəkili Fəttah Heydərov deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq forumların, beynəlxalq yarışların keçirildiyi bir mərkəzə çevrilib.
“Bu gün Azərbaycanda olan sabitliyin başlıca səbəbkarı Ümummilli Lider Heydər Əliyev olub. O, Azərbaycan üçün bir nümunə və yol oldu. Bu gün də həmin uğurlu siyasi kurs uğurla davam edir. Bu yolda sülh və əminamanlıq, demokratiya var. Bura gələn hər kəs xoş təəssüratlarla buradan ayrılır. Onlar Azərbaycanda keçirdikləri zaman ərzində multikulturalizmin, tolerantlığın nə demək olduğunu daha yaxşı görə bilirlər”- deyə F. Heydərov vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR