Ağsaqqallar Şurasının rəsmiləri “Qafqaz tarixi”ndən mühazirə dinlədilər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

15 aprel 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində türkiyəli tarixçi, professor İlbər Ortaylının “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçirilib.

 

“Qafqaz bizim üçün bir tarixdir”, – deyən tarixçi alim Qafqazda səlcuqlar hakimiyyətini, XIX əsrdə Rusiya işğalına – 1828-ci il Türkmənçay müqaviləsinə qədər Azərbaycan dövlətlərinin hakimiyyətinin olduğunu, bu gün isə Qafqazda Azərbaycan Respublikasının mövqeyini şərh eləyib.

Mühazirəni Türkiyənin Azərbaycandakı səfiri, Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, tələbələr, ictimaiyyət nümayəndələri dinləyiblər.

Türkiyəli professor tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. 

Qeyd edək ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının rəsmiləri  də iştirak ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri Südeyif  İmamverdiyev və Bayram Yusifov tədbir barədə təəəsüratlarını ağsaqqallar.az saytına danışıblar.  AAŞ-nın sədr müavini Südeyif İmamverdiyev bu cür tədbirlərin Azərbaycanda təşkilinin Türkiyə-Azərbaycanın qardaşlıq münasibətlərinin istiliyinə, türk tarixinin qorunmasına xidmət etdiyini dedi. Bayram Yusifov Türkiyə səfirliyinin dəvətinin şura tərəfindən təqdir edildiyini vurğulayıb. O, qeyd edib ki, Qafqaz tarixi bir qafqazlı balası olaraq onun da həssas yeridir. Bu tarixin qorunmasında hər bir insanın vətəndaşlıq adlı bir borcu vardı. “Ümumiyyətlə, bu cür tədbirlər gəncləri tarixə bir az da bağlayır, onların vətənpərvərlik ruhunun aşılanmasına stimul verir”- deyə B. Yusifov vurğulayıb.

agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR