Ramin Əhmədov:”Dövlətimizin iqtisadi göstəricilərinin durmadan artması uzun illər ərzində aparılan uğurlu siyasətdən irəli gəlir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son bir il ərzində görülən işlərdən danışarkən fevral-mart aylarında verilən sərəncamları xüsusilə qeyd etmək lazımdır. Prezident hələ seçki kampaniyası dövründə islahatların dərinləşəcəyini elan etmişdi. Müşahidələr göstərir ki, əvvəlcədən planlaşdırılan iqtisadi və sosial layihələr mərhələli şəkildə həyata keçirilir. Prezidentin bu 1 il ərzində problemli kreditlərlə, pensiyaların, təqaüdlərin, maaşların artırılması ilə, zəlzələdən ziyan görən vətəndaşlara, şəhid ailələrinə yardımla bağlı imzaladığı fərman və sərəncamları diqqətdən kənarda qoymaq olmaz. Ölkə başçısı Novruz bayramında verdiyi əfv sərəncamı ilə yüzlərlə ailəyə sevinc bəxş etdi. Prezident 1 il ərzində idarəetmənin təkminləşdirilməsi üçün ciddi struktur islahatları apardı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu haqlı və qətiyyətli müvqeyindən geri çəkilmədi.

Sosial sahədə aparılan islahatların arxasında dövlətin iqtisadi potensialı dayanır. Dövlətimizin iqtisadi göstəricilərinin durmadan artması uzun illər ərzində aparılan uğurlu siyasətdən irəli gəlir. Əhali də görür ki, Prezident İlham Əliyev sosial sahədə apardığı islahatlarla paralel olaraq Azərbaycanın maliyyə ehtiyyatlarının artırılmasına hesablanmış nəhəng transmilli layihələrin işlək mexanizmə çevrilməsi üçün böyük səy göstərir.

Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha da inkişaf edəcək. Buna ölkə əhalisi də şübhə eləmir.

Bu gün Azərbaycan xalqı öz Prezidentinə güvənir, ona böyük inam bəsləyir.

Bu inam isə xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Ramin Əhmədov,

YAP Nizami rayon Təşkilatının sədr müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR