Fəttah Heydərov:”Son bir ildə həyata keçirilən islahatlardan, qazanılan uğurlardan çox razıyıq və möhtərəm prezidentimizi alqışlayırıq”
“Bu gün yaşadığımız müstəqil Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının müəllifidir”.
Bu fikirləri agsaqqallar.az saytına müsahibəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
“Müstəqil Azərbaycan dövləti ildən ilə daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır. Əlbəttə, bu nailiyyətlər xalqımızın, dövlətimizin Heydər Əlyev yolunu böyük inamla davam etdirməsi nəticəsində qazanılır”.
Millət vəkili onu da qeyd edib ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də gördüyü işləri, açdığı yolu məhz etibarlı əllərə tapşırması idi. Bu gün Azərbaycana Heydər Əliyevin ailəsində dünyaya gəlib Onun tərbiyəsini alan, Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab İlham Əliyev rəhbərlik edir. Hələ 2003-cü ildə «İlham Əliyevə özüm qədər inanıram» deyən Ulu öndərimiz xalqımıza cənab İlham Əliyevin arxasınca getməyi tövsiyə etdi. Və bu gün biz ulu öndərin yanılmadığını gördük.
F. Heydərov onu da bildirib ki, prezident seçkisindən sonra keçən 1 ildə, ölkədə böyük islahatlar aparılıb. Bu da onu göstərir ki, xalq seçimində yanılmayıb. Xalq-prezident birliyi sarsılmazdır.
“Biz ağsaqqallar da son bir ildə həyata keçirilən islahatlardan,, qazanılan uğurlardan çox razıyıq və möhtərəm prezidentimizi alqışlayır, deyirik ki, Azərbaycan ağsaqqalı daim onun yanında, vətən xidmətindədir”,-deyə F. Heydərov vurğulamışdır.