“Kitab xülasələri” layihəsi başa  çatıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan Respublikası Gənclər  Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində Tacirə Mahmudovanın “C” kateqoriyası üzrə gənclər  arasında bədii ədəbiyyatın təşviq edilməsi və kitab oxumağa  marağın artırılması mövzularını əhatə edən “Kitab xülasələri” layihəsinin 13-15-16 mart tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Biznes Universitetində və Azərbaycan Dillər Universitetində təqdimatı keçirilmişdir.

Təqdimat zamanı ilk öncə Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyəti və qrant müsabiqə barəsində qısa məlumat verilmiş, daha  sonra isə gənclərə kitab oxumağın faydaları, kitab əldə etməyin müxtəlif yolları, asudə vaxtın səmərəli istifadəsi, gənclər  arasında mütaliəyə marağın artırılması və təşviqi, eləcə də ölkədə və dünyada  mütaliə edənlərin statistikası və s. haqqında geniş məlumat verilmişdir. Bundan başqa tədbir iştirakçılarının mövzuyla bağlı sualları cavablandırılaraq onlar arasında anket-sorğu təşkil edilmişdir. Tədbirin sonunda “Kitab xülasələri” layihəsinin yekunlaşdığı elan edilərək sosial-çarx nümayiş olunmuş, daha sonra isə tələbələrlə xatirə şəkli çəkilmişdir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR