" />

Biz ilk olaraq dinimizi, tariximizi, milli irsimizin kökünü bilməliyik

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Tarix boyu “Azadlıq” şüarını eşitmiş və eşidirik. Ancaq bir çoxlarımız azadlığın nə mənada deyildiyini ya anlamır, ya da ki, anlamaq istəmirik. Biz əslində azadlığın nə olduğunu bilməli sonra isə tələb etməliyik. Əvvəla, onu deyim ki, azadlıq iki yerə ayrılır. 1)İctimai; 2) Mənəvi azadlıq. Bəs bunlar nədir? İctimai azadlığı mənəvi azadlığımız olmadan qazana bilmərik. İctimai azadlıq qanunlar ilə tənzimlənir. Qanun xalqın rifahını qorumaq xaos və anarxiyanın qarşısını almaq üçün maddələr tərtib edərək, zəruri məhdudiyyətlər qoyur. Bu məhdudiyyətlər xalqın azadlığını məhdudlaşdırmır, əksinə genişləndirir. Mənəvi azadlıq isə insanın düşüncəsinə, təfəkkürünə və ruhuna bağlıdı. Fikir aydınlığı və düşüncə analizinin elitarlığı mənəvi azadlığa qovuşdurur insanı. Biz ilk olaraq dinimizi, tariximizi, milli irsimizin kökünü, hara qaynaqlandığını  bilməliyik. Və qoruyaraq gələcək nəsillərə kamil formada çatdırmalıyıq. Əks təqdirdə qazandığımız azadlığı da əldən verə bilərik. Ulu Öndər Heydər Əliyev kəlamlarının birində deyir ki, azadlığı qazanmaq asandır, qoruyub saxlamaq isə çətindir. Mən gənc olaraq elmin nabələd yollarındayam. Təhsilvə  elm yolunda, mənəvi cəhətdən hər zaman mənə yardım edən əlindən gələnin əsirgəməyən, mənə öz güvənimi qazandıran sevimli  müəlliməm Vəfa Akif qızı Baxışovaya öz   təşəkkür və minnətdarlığımı bildirirəm. Əldə etdiyim uğurlarımı ona əbədi olaraq borcluyam. Biz gənclər daim ağsaqqalların açdığı cığırla gedir, onların məsləhətlərindən bəhrələnirik. Biz gənclərə dayaq olan bir çox insanlar var. Bunlardan biri də daim gənclərə dəstək olan, onlara təkan verən “Türk dünyası ağsaqqalları” qəzetinin rəhbərliyi var. Mənim kimi yüzlərlə gəncin qolundan tutan, onlara bir az da ruh, məsləhət verən, yazılarını dərc edən Şərafət Şəfa xanıma və qəzetin əməkdaşı Günay İman xanıma çox təşəkkür edirəm.

Ruhin Seyidov,

“Göyçay Dövlət İdarəetmə və Texnologiya” kollecinin tələbəsi

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR