Ramin Əhmədov:”Bizim ən böyük dəstəkçimiz şuranın sədri, dəyərli ağsaqqalımız Fəttah Heydərovdur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Ramin Əhmədovun Ağsaqqallar.az saytına müsahibəsi

Qısa arayış

Ramin Sərdar oğlu Əhmədov 15 iyul 1977-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində doğulmuşdur. 1984-1994-ci illər arasında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməziyar kəndində olan orta məktəbdə orta təhsil almış, daha sonra 1999-cu ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 2000-ci il “Konokon TT” – Kik – Boksinq üzrə II dərəcəli idmançı, atıcı idmançıdı. Həqiqi hərbi xidməti bitirdikdən sonra ictimai fəaliyyətlə yanaşı kiçik sahibkarlıqla məşğul olub. 2006-cı ildən “Yeni Liqa” həftəlik ictimai-siyasi qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayan Ramin Əhmədov ədəbiyyatımızda da öz sözünü demişdir. Bir neçə kitabın, yüzlərlə məqalə və oçerklərin müəllifidir. Bir çox mükafatlara layiq görülüb. Layihə, tədbir və görüşlərə təşkilatçılıq edir. Ramin Əhmədov Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü və eyni qurumun həftəlik qəzeti olan “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktorudur. Hal-hazırda Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavinidir.

-Ramin müəllim, ölkənin ictimai-siyasi həyatında ağsaqqalların rolu nədən ibarətdir?

-Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Ulu öndər Heydər Əliyev ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. İndi də Şuranın üzvləri aktiv fəaliyyətdədirlər. Onlar ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə dövlət və millətlə əl-ələdirlər. Hər il müxtəlif layihələrlə çıxış edən Ağsaqqallar Şurasının üzvləri bütün bölgələrimizdə həvəslə fəaliyyət göstərir, gənclərlə görüşlər keçirir, xeyir-şər məclislərində iştirak edir, cəbhəni, hərbi hissələri ziyarətə gedirlər. Ağsaqqallar gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edir, onlara yol göstərir, dövlət qurumlarında məşvərətə dəvət alırlar. Bu gün də ölkəmizin həyatında Azərbaycan ağsaqqallarının mühüm rolu var. Onlar ölkəmizin ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Bu da dövlətin diqqətindən yayınmır. Hər il möhtərəm prezidentimiz  İlham Əliyev müvafiq sərəncamları ilə Ağsaqqallar Şurasının üzvlərini xidmətlərinə görə mükafatlandırır.

-Siz eyni zamanda Azərbaycan Ağsaqqallar Şurasının layihələrinə də rəhbərlik edirsiz. Nailiyyətləriniz nədən ibarət olub?

-Bildiyiniz kimi mən həm də şuranın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzetinin də baş redaktoruyam. Biz Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidməti olaraq fəaliyyətə başladığımız vaxtdan daim nizamnaməyə uyğun addımlamış, operativliyimizi qoruyaraq, peşə etikasından kənara çıxmamışıq. Layihələrə gəldikdə, onu deyə bilərəm ki, biz həmişə layihələrimizi qətiyyətlə başlayıb, uğurla bitirmişik. Bizim ən böyük dəstəkçimiz şuranın sədri, dəyərli ağsaqqalımız Fəttah Heydərovdur. O, hər zaman bütün tədbirlərə, anım günlərinə xüsusi diqqət ayırır, layihələrin həyata keçirilməsinə öz aktiv fəaliyyəti ilə təkan verir. Gənc ruhlu ağsaqqalımız bütün işlərdə bizimlə bir addımlayır. Bizim layihələrimizin çoxu uzunmüddətlidir. Hər il bir neçə layihə həyata keçiririk. Elə yola saldığımız 2018-ci il də, o biri illər kimi bizim üçün uğurla bitib. 2018-ci ildə, il ərzində biz  “Bizə uzanan əllər..”, “Biz heç kəsi unutmuruq!”,  “Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında”, “Əsgərlərə yeni ruh..” layihələri çərçivəsində bir çox işlər görmüş, görüşlər, anım günləri keçirmişdir. Bütün işlər mənim rəhbərliyim və əməkdaşımız Şərafət Şəfanın təşkilatçılığı ilə ağsaqqallarımızla birgə həyata keçirilib. 2 yanvar -2018-ci ildə 60 tam imkansız və valideynlərini itirmiş uşaqlar üçün Yeni il şənliyi; 18 yanvar – Füzuli rayonu İkinci Mahmudlu kəndində yerləşən kimsəsiz şəhid məzarları ziyarət olunmuş, həmin ərazidə cəbhədə qulluq edən 12 valideynsiz əsgərə valideyn hərarəti hiss etdirmək üçün sovqat aparılmış və hədiyyələrlə görüşlər keçirilmişdir; 23 fevralda- Xocalı günü ilə bağlı “Şəhidləri anırıq!” adlı aksiya keçirilib. Həmin aksiyada Bakı-Yevlax-Mingəçevir-Bərdə rayonlarında şəhidlər xiyabanı ziyarət olunmuş, qazilərlə görüşlər keçirilmişdir: 18 mart- 55 şəhid ailəsinə Novruz şənliyi keçirilib, ailələrə bayram payları verilib. 28 mart – uşaq evlərinə həkimlər kollegiyasının xeyriyyə aksiyasını təşkil edib, 320 valideynsiz uşaq pulsuz müayinədən keçib, həkimlərin öz təşəbbüsləri ilə pulsuz müalicə alıb, əməliyyat olunublar. 8 mayda – Nizami rayon Ağsaqqallar Şurasının üzvləri üçün “Ulu Öndəri anırıq” alı tədbir təşkil edilmiş, şura üzvləri Fəxri Xiyabanı ziyarət etmişlər.İyun və avqust aylarında Ağdam- Ağcabədi-Beyləqanda yerləşən şəhid məzarları ziyarət edilmiş, cəbhə zonasında əsgərlərlə görüş keçirilmişdir. Yay mövsümündə Azərbaycana gələn turistlərən müsahibələr götürülmüş, Qəbələ, Quba, Oğuz və Qax rayonuna səfər edən turistlərin Azərbaycanla bağlı fikirləri qeydə alınmışdır. 21 avqustda- qəzetin təşkilatçılığı ilə uşaq evlərində yaşayan 210 şagird məktəb paltarı və ləvazimatlarla təmin olunmuş, 9 imkansız ailənin uşağına maddi yardım edilmişdir. 7 sentyabr- qəzetin təşkilatçılığı, “Xəzər klinikasının” təşəbbüsü və sponsorluğu ilə 40 imkansız ailənin uşaqlarına Yaşıl bağ restoranında xeyriyyə konserti təşkil edilmişdir.  Oktyabr- Noyabr aylarında Qaxda, Ağdamda və Qaradağda yaşayan Qarabağ qaziləri ilə görüşlər keçirilmiş, müsahibə və reportajlar hazırlanmışdır.  Noyabrda-“Xəzər klinikasının” təşəbbüsü və qəzetin təşkilatçılığı ilə 2 sünnət aksiyası keçirilmiş, 41 uşaq təmənnasız sünnət olunmuşdur.  17 dekabrda- Yaşıl bağ restoranında telejurnalist, şair-nasir Gəray Fəzlinin xatirə gecəsi keçirilmişdir; 25 dekabrda- 50 valideynsiz və  imkansız ailənin uşaqlarına Yeni il şənliyi təşkil edilmişdir.Qeyd edək, ki, bütün səfərlərimizin, tədbirlərimizin sponsorları Yaşıl bağ restoranı, “Sərdaroğulları Holding”i, “Xəzər” klinikasıdır. Bütün bu tədbirlər Ağsaqqallar Şurasının rəsmiləri və üzvləri ilə birlikdə keçirilib.

-2019-cu il üçün hansı tədbirlər nəzərdə tutulub? Yeni layihələriniz olacaqmı?

– Əlbəttə ki, olacaq. Biz hər zaman dövlətəhəmiyyətli və uzunmüddətli layihələr həyata keçiririk. Elə layihələr var ki, onların davamlı olması daha səmərəlidir. Bu il üçün nəzərdə tutduğumuz layihələr, əvvəkilərin davamı və mart ayında təqdimatını keçirəcəyimiz “Bu günün ağsaqqalı dünənin əsgəridir”- adlı layihə olacaq. Bu layihə də o biri layihələr kimi uğurlu olar, inşaallah.

-Ramin müəllim, sizin ictimai fəaliyyətinizdən əlavə, siyasi fəaliyyətiniz də güclüdür. Biz sizin siyasi şərhlərinizi oxuduqca nə qədər dövlətə, Vətənə bağlı biri olduğunuzun şahidi oluruq. Siyasi meydan sizin üçün çətin deyil ki?

– (gülümsəyir) Xeyir! Ürəyimiz Vətənlə bir döyünürsə, ürəyimiz dövlətimizlə bir atırsa nədən çətin olsun ki?! Ölkəmizin adına şərəf gətirən, dövlətin maraqlarını hər şeydən uca tutan, öz prinsipiallığı, parlaq zəkası və həyata keçirdiyi müqayisəyəgəlməz layihələri ilə dünyaya səs salan ölkə başçımız bizim hər birimiz üçün müəllimdir, yol göstərəndir. İndi bizim hər birimizin qarşısında Azərbaycanı daha güclü və daha firəvan ölkəyə çevirmək üçün yeni imkanlar yaranıb. Təşəbbüskarlıq göstərməli, yeni ideyalar və təkliflərlə çıxış etməliyik. Biz Dövlətimizə güvəndiyimiz kimi, Dövlət də bizə inanır. Gərəkdir ki, bu inamı doğruldaq, dövlətimizin və Prezidentimizin bizdən gözlədiyi fəaliyyəti əsirgəməyək. Dayanıqlı ictimai-siyasi həyatı ilə fərqlənən bir ölkədə yaşamağımızdan qürur bu səadəti bizə bəxş edənlərə dəstək verməliyik ki, Azərbaycanı daha güclü və daha xoşbəxt ölkəyə çevirə bilsinlər. Bu siyasi meydanda mənə böyük siyasi məktəb keçmiş, Ulu Öndərimizin yaxın silahdaşları olan ağsaqqallarımızın da məsləhətləri böyük stimul verir.

-Bu il ölkəmiz üçün də uğurla başladı. Prezidentimizin imzaladığı son sərəncamlar barədə fikrinizi öyrənmək istərdik.

-Prezident İlham Əliyevin ötən 15 ili əhatə edən fəaliyyətinin təhlili də göstərir ki, o, sosial məsələlərin həllinə həmişə xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına davamlı dəstək göstərib. Prezidentin imzaladığı son sərəncamlar ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir. Ötən ilin ortalarından gözlənilirdi ki, 2019-cu ildən ölkədə islahatların yeni mərhələsi başlayacaq. Belə də oldu və biz indi islahatların daha fəal fazaya keçidini, 2019-cu il üçün nəzərdə tutulan sosial paket elementlərinin tədricən açıqlanması prosesini müşahidə etməkdəyik. Ölkə əhalisi də bunu hiss edir və hər kəs aydın şəkildə görür ki, dövlətimizin başçısı həmişə olduğu kimi, bu gün də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri addımları atır. Biz cəmiyyət içində oluruq, sıravi vətəndaşlarla söhbət aparırıq və əminliklə deyə bilərik ki, sosial sahədə aparılan islahatlar, sosial təminat sahəsinin daha da gücləndirilməsi və ölkədə yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İnsanlar görürlər ki, dövlət həmişə onların yanındadır. Bunun da nəticəsidir ki, dövlət-xalq birliyi gündən-günə möhkəmlənir, Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara aparacağına olan inam daha da gücləni

–     Və son sualımız,  bu qədər işin öhdəsindən necə gəlirsiniz?

–  Mən, adətən, işimiz gərgin olanda daha yaxşı işləyirəm. Düşünürəm ki, məni motivasiya edən də odur. Nəyi etmək lazımdısa o işə özümü daha tez adaptasiya edə bilirəm. Və potensial gücüm buna kömək edir. Hər işə sevgiylə yanaşmağım məsuliyyətimi də prioritetləşdirir. Ən başlıcası da budur ki, mən işimi sevirəm! Və bu məni yormur, əksinə, zövq alıram.

– Maraqlı müsahibə üçün çox sağ olun, Ramin müəllim. Sizə işlərinizdə böyük uğurlar diləyirik.

– Təşəkkür edirəm

Ağsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR