Baş redaktor Fəttah Heydərovu belə təbrik etdi
Əziz və müdrik ağsaqqalımız Fəttah Heydərov!
Mən Ağsaqqallar Şurasina gələndə çox gənc idim. Çox şeyi düzgün anlamır, çox şeyi öyrənməyə ehtiyac duyurdum! Və bu gün sevinrəm, nə yaxşı ki, sizlər varsız, nə yaxşı ki, sizləri tanımışam yaxından! Ağsaqqal deyəndə ilk növbədə gözüm önünə Azərbaycan ədəbiyyatında ən görkəmli yer tutan, Türkçülük timsalını özündə cəmləşdirən Dədəm Qorqud gəlirdi. İndi isə insanlığın bütün təzahürlərini özündə formalaşdırmış, müdrik bir ağsaqqal var yanımda! Deyirlər ki, Allahsız yerdə otur, amma ağsaqqalsız yerdə oturma. Həyatın loğmanları olan sizlərə bizim hər zaman ehtiyacımız vardır. Zamanın hər dönəmindən, tarixin hər sınağından çıxan insan ixtiyar çağında tam nəzəriyyə və praktikanın sahibidir. Və düzgün qərar çıxartmağa bütün imkanları səfərbər olur.
Siz çıxdığım bu şərəfli yolda mənə dayaq, mayak olduz, əziz Fəttah müəllim! Mən qürur duyuram ki, bu gün daim öz mənliyini uca tutan, ömür yolunda mərdliyi, şərəfi əlində bayraq edən, böyük siaysətçi, uzaqgörən, müdrik dövlət xadimi, həm də böyük vətəndaş, milli xüsusiyyətləri özündə birləşdirən, ömrünü xalqının, yurdunun yolunda əridən bir insanla addımlayıram!
Əziz Fəttah müəllim!
Mən də öz növbəmdə Sizi, təmsil etdiyim “Türk dünyası ağsaqqalları” qəzetinin yaradıcı kollektivi adından və şəxsən öz adımdan ad günü münasibətilə təbrik edir, sizə həyatda can sağlığı, uzun ömür və nailiyyətlər arzulayıram! O gün olsun ki, Sizin 100 illiyinizi elə bu şövqlə təbrik etmək nəsibimiz olsun!
Dərin ehtiramla,
Ramin Əhmədov,
“Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru