Fəttah Heydərov:”Ölkəmizdə turizm inkişaf edir, yüzminlərlə turist Azərbaycana gəlir.”
“Turistlər o yerlərə üz tutur ki, orada sabitlik olsun”
“Ölkəmizdə turizm inkişaf edir, yüzminlərlə turist Azərbaycana gəlir. Bundan bələdiyyələrimiz də faydalanır”.
Agsaqqallar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, AAŞ-nın sədri Fəttah Heydərov deyib.
F. Heydərovun fikrincə, ölkəyə çoxlu turistlərin gəlməsi çoxlu vəsait, kapital deməkdir. “Heç şübhəsiz ki, bu vəsaitlərdən bələdiyyələrə də pay düşür. Turistlər də o yerlərə üz tutur ki, orada sabitlik, əmin-amanlıq olsun. Çox sevindirici və fəxr edilməli haldır ki, ölkəmizdə də sabitlik, dinclik, təhlükəsizlik, əmin-amanlıq hökm sürür. Ölkədə sabitlikdir, hər sahədə inkişaf yaşanır. Bunlar da təbii ki, Azərbaycan dövlətinin, ölkə rəhbərinin apardığı siyasətin nəticəsidir”, – deyə Fəttah Heydərov bildirib.