O, ürəyində Azərbaycan sevgisi gəzdirən, bayrağına və dövlətinə sarsılmaz tellərlə bağlı olan hər bir azərbaycanlının lideridir
“İlham Əliyev! Bu adı qürurla, fəxarət hissi ilə dilə gətiririk. O, ürəyində Azərbaycan sevgisi gəzdirən, bayrağına və dövlətinə sarsılmaz tellərlə bağlı olan hər bir azərbaycanlının lideridir.
Ölkəmizin adına şərəf gətirən, dövlətin maraqlarını hər şeydən uca tutan, öz prinsipiallığı, parlaq zəkası və həyata keçirdiyi müqayisəyəgəlməz layihələri ilə dünyaya səs salan PREZİDENTİMİZ bizim hər birimiz üçün müəllimdir, yol göstərəndir. Məhz onun dövlətə xidmət, xalq məhəbbət amalına söykənən addımları, hər bir ölkə vətəndaşına göstərdiyi isti və doğma münasibəti, xeyirxahlığı, humanizmi və ən nəhayət səmimiyyəti və sadəliyi bizi öz davranışlarımızı tənzimləməyə sövq edir. O bir etalondur! Əminliklə deyirəm: Dövlətə məhz ONUN kimi bağlı olarlar! Xalqı məhz ONUN kimi sevərlər! Bayrağa məhz ONUN kimi sayğı duyarlar!” Bu sözləri YAP Nizami Rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ağsaqqallar.az saytına açıqlamasında deyib. O qeyd edib ki, İlham Əliyev elə bir məktəbin yetirməsi, elə bir şəxsiyyətin övladıdır ki, onun sıradan bir prezident olması mümkün deyildi. Yəqin ki, Ulu Öndərimiz Heydər Əliyevin İlham Əliyev haqqında dediyi bu sözləri çoxları xatırlayır: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. İlham Əliyev böyük şəxsiyyətin inamını doğrultdu!
R. Əhmədov onu da vurğuladı ki, İlham Əliyev Azərbaycanın sosial-iqtisadi həyatına inqilabi dəyişikliklər gətirdi. İctimai-siyasi həyata sarsılmaz sabitlik bəxş etdi. İlham Əliyev dünya güclərini Azərbaycanla hesablaşmaq məcburiyyəti qarşısında qoydu. Dövlətimizin mövqelərini gücləndirib, milli maraqları önə çəkdi. İlham Əliyev düşmənə yerini göstərməyə qadir olan qüdrətli Ordu qurdu. Məhz onun bilavasitə təşəbbüsü və əzmkarlığı ilə nəhəng transmilli layihələr reallaşdırıldı. O, Azərbaycan vətəndaşının sosial-məişət problemlərinin aradan qaldırılması, ölkəmizin hər bir guşəsində müasir standartlara cavab verən infrastrukturun qurulması istiqamətində saya gəlməyəcək qədər proqramlara müəlliflik etdi.
“İlham Əliyev bu gün də yorulmadan Azərbaycan davası aparır, ölkəmizin daha da inkişaf etdirilməsi, insanlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi yönündə gərəkli olan bütün addımları atır. Əminik: Bu yolda daha güclü dövlət var! Bu yolda, firəvanlıq və səadət var! Bu yolda bayrağı Qarabağda da dalğalanan Azərbaycan var!
Azərbaycan xalqı bundan sonra da İlham Əliyevin göstərdiyi yolla yürüyəcək! Var olsun cenab Prezident! Allah onu Azərbaycana çox görməsin! Həmişə onun yanındayıq!”- deyə R. Əhmədov bildirib.
agsaqqallar.az