Qəlb baxçasına gözəl şeylər əkən İlqar həkimin ad gününə….

Yazı fontunu küçültür Yazı fontunu büyütür

(Qiymətsiz olsa da kiçik hədiyyəm, dəyərli dost üçündü…..)

 

20 yanvar! Bu rəqəm bəzilərinin uğur günü, bəzilərinin sevinc günü, bəzilərinin də ad günüdür. Lakin 1990-cı ildən sonra qaraya büründü bu tarix. Nə ürəkdən sevinə bildik, nə uğurumuz bölə bildik, nə də ad günlərimizi qeyd edə. Ad günü bu günə təsadüf edən bir sevimlimiz də var onların içində. Nə təbrik edə bildik, nə sevincimizi bölə..

Heç zəng də etmədim sevimli dostumuza. Düşündüm ki, ən yaxşı təbrik elə yazdığım kiçik yazı olar.

Deyir, əgər gözəl gözlərinin olmasını istəyirsənsə, insanlara yaxşılıqla bax. Əgər saçların gözəl olsun istəyirsənsə, qoy uşaqlar əllərini keçirsin saçlarından. İncə bir qəlb istəyirsənsə, çörəyini  bölüş həmişə. Və gözəl ağıza sahib olmaq istəyirsənsə, gözəl sözlər söylə. Gözəl deyimdi! Bu deyimin fövqündə İlqar həkimdən danışacağam yenə. Çünki bu yazılanlar sanki onun ünvanına yazılmış. Bir insanı tanımaq üçün onunla yoldaşlıq etmək kifayətdi. Biz uzun zamandır ki, İlqar həkimlə və onun rəhbəri olduğu  “Xəzər” klinikası ilə yaxından yoldaşlıq edirik. Bu yoldaşlıqdan, bu dostluqdan qürur duymuşuq həmişə.

Qədim  bir məsəldə deyilir, ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır,orada böyüyür. Və cəmiyyətə inteqrasiya edilir. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır. İlqar Yusibov həm gözəl həkim, həm də gözəl ailə filosofudur. Ailəsinə, övladlarına, yurda böyük məhəbbətlə tutunan bir insan, iş yerini də ailə münasibətləri üstündə formalaşdırıb. Bu yaxınlarda Facebook sosial şəbəkəsində istifadəçi Rizvan Quliyevin  “Xəzər” Klinikasının kollektivinə ünvanladığı bir  məktub diqqətimi çəkdi. Məktubda yazılmışdı:” Xəzər klinikasının bütün kollektivinə salamlar. Sizlər çox xöşbaəxtsiniz ki, İlqar həkim kimi yüksək əxlaqi meyarlara uyğun, səmimi, əsl həkim və ğözəl insan olan rəhbəriniz var. Sizləri bir arada saxlayan və bu mehribançılığı qoruyan hər birinizə əhsən! Allah Sizləri qorusun!”.  Bir insana verilən ən böyük qiymətdi bu. İlqar həkimi yaxından tanıyanlar təkcə  onun həkimlik fəaliyyətindən deyil, elə nümunəvi  ailə başçısı olmağından da danışırlar. Sakit, həlim təbiətli, şair qəlbli bir insanın ailəsi necə olmalıdır ki? Elə bu cür! Bu cür ailələr cəmiyyətə örnəkdilər. İlqar həkimin yazılarından da onun soy-kökə bağlılığı aydın görünür. Ailənin klassik modelini qoruyub saxlamaq, qarapapaqlılıq  iddiasını özündə ehtiva etmək, övladlara ötürmək özü də milli irsə xidmətdir!

Bu gün İlqar həkimin isti ocağında 3 gül bala böyüyür. Logman, Əlyəsə, Nilgün balamız. Bir ata üçün ən böyük fəxr övladlarının adına layiq böyüməsi, bir övlad üçün də ən böyük fəxr valideynin nümunəvi bir şəxsiyyət olmasıdır. İsveçrə Moralisti  Peti San deyir ki, yaxşı bir qadınla ailə qurmaq fırtınada sakit bir limana bənzər. Kəmalə ananın şirin laylasında, həzin nəğməsində,  müdrik kəlamlarında böyüyən uşaqlar həyat eşqilə dolu böyüyürlər. Böyük Əbu Türxan deyir ki, bütün dünyanı gəzib səadət axtardım, tapmayıb, kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş.

 İlqar həkimin social şəbəkəsindəki səhifəsində  diqqətimi çəkən bir şey də var. Bu da onun gözəl qızı Nilgünlə olan şəkilləridir. Qız uşağı ataya daha çox bağlı olur. Onların şəkillərində sanki uşaqlığımı görürəm. Və bu mənə çox xoş, çox dogma gəlir..

Geriyə baxarkən atasının öz həyatında ən mühüm rol oyna

mış adam olduğunu anlayan pediatr həkim Meg Meeker “Güclü Atalar, Güclü Qızlar: Hər atanın bilməli olduğu 10 sirr”  kitabının müqəddiməsində yazır: “Qızınız hər səhər tezdən ona görə durur ki, siz varsınız.  Birinci siz olmusunuz və o, sizə görə həyata gəlib.  Onun kiçik dünyasının episentrində siz dayanırsınız.  Dostlar, ailə, müəllimlər, professorlar, yaxud məşqçilər ona müxtəlif dərəcələrdə təsir göstərəcəklər, amma onlar onun xarakterini müəyyən etməyəcəklər.  Bunu siz edəcəksiniz. Çünki siz onun atasısınız. Ata qız uşağı üçün təkcə valideyn yox, həm də örnək, qəhrəman, himayədar – bir sözlə, ən ideal insan nümunəsidir”.

Ata-qız münasibətlərinin açıqlaması üçün bundan gözəl şərh ola bilməz. Ailə münasibətlərində ən gözəl seçim övladlarla dost olmaqdır. Bu zaman həm övladının nə istədiyini yaxşı anlayır, həm də onların xarakterlərini daha yaxşı müəyyən etmiş olursan. İlqar həkimin seçimi də övladları üçün bir mayakdır.

Əziz İlqar həkim! Bizim təbrikimizin gecikməsinin səbəbi sizə aydındır.

Sizinlə dost olmaq, jestlərinizi, xeyirxahlığınızı seyr etmək sakit gecələrin sərin qoynunda aydın, ulduzlu göyləri seyr etmək qədər gözəldi.  Xəstələrə zillənən diqqətli, mehriban, aydın baxışlarınızla həyat verməyə çalışmağınız, bir kəpənəyi yaşatmaq üçün çiçəklərin var gücülə ona ətir bəxş etmələrinə bənzəyir.  Yuvanızı qorumaq üçün çəkdiyiniz zəhmət bir arının min çiçəkdən şirə çəkib, pətəyinə uçaraq, pətəyini mumla hördüyü zəhmətə bənzəyir. Övladlarınıza diqqətli, ehtiramlı, sevgi dolu davranışınız qızılgülün pardaxlanıb, qönçəsini açıb ətrafa yaydığı gözəl ətir kimidir bizlər üçün. Və nəhayət, cəmiyyətlə əlaqəniz, bunun üçün mövlanənin gözüylə baxmaq gərək yaşadığınız ömür yoluna. Mövlanə deyir ki, sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar  su kimi ol. Xətaları örtməkdə gecə kimi ol, təvazökarlıqda torpaq kimi ol, hirslənərkən ölü kimi ol! Hər nə olursan ol:Ya olduğun kimi görün, Ya da göründüyün kimi ol! Qəlb bir baxçadır. Orada mütləq bir şeylər bitəcək. O halda gözəl şeylər əkin ki, gözəl şeylər də bitsin. 

Siz bütün bunları həyat fəlsəfənizlə, şərəflə yaşayaraq edə bilmisiz, həkim baba. Bütün yaxşı şeyləri öz adınıza özünüz  hədiyyə etmisiz. Biz nə hədiyyə etsək də, bu hədiyyənin qarşısında çox kiçikdir!

Ad günün mübarək, əziz dost!

Sən gözəl insan, baçarıqlı həkim,  yaxşı dost, layiqli övlad, qayğıkeş ata, həm də istedadlı şairsən! Sənə sağlam canla uzun ömür, işlərində uğurlar, yaradıcılığında müvəffəqiyyətlər arzulayıram! Bütün ömrünü xoşbəxt yaşa!

Böyük hörmət və ehtiramla,

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR